Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Korporativ müştəri Bakcell haqqında: “Bakcell şirkəti uzun illər boyu yüksək standartlara cavab verən müştəri xidmətlərini təmin edir”

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz korporativ müştərilərinə yüksək keyfiyyətli məhsul və xidmətlərini təqdim etməkdə davam edir. Ölkədə ən geniş və dayanıqlı şəbəkəyə malik olan Bakcell şirkəti hər bir müştərisini qarşılıqlı biznes tələbatlarına uyğun olaraq ən əlverişli təkliflə təmin etmək üçün tariflərinin çeşidini daim artırır.

“Caspian Telecom” MMC olaraq, biz Bakcell şirkəti ilə 2009-cu ildən əməkdaşlığa başlamışıq. Bu illər ərzində Bakcell şirkəti bizə qarşı münasibətdə yüksək standartlara cavab verən korporativ müştəri xidmətlərini təmin edib, fərdi yanaşma və çevik qiymət siyasətini həyata keçirib. Bu səbəbdən, bir korporativ müştəri olaraq, biz digər şirkətlərə də “Bakcell”in xidmətlərindən istifadə etməyi tövsiyə edirik. İnanırıq ki, telekommunikasiya sahəsində fəaliyyət göstərən bu iki aparıcı şirkət arasında əməkdaşlıq gələcəkdə yalnız korporativ müştəri-şirkət münasibəti çərçivəsində məhdudlaşmayacaq və birgə daha maraqlı, innovativ layihələrə imza atılacaq”, - deyə “Caspian Telecom” MMC-nin sədr müavini xanım Mahizər Tağıyeva bildirib.

“Caspian Telecom” kimi müştəri ilə əməkdaşlıq etmək bizım üçün olduqca xoşdur. Bizim korporativ müştərimiz olmaqla yanaşı, bu şirkətin innovativ layihələrin dəstəklənməsinə olan peşəkar münasibəti və istəyi bizə insanları onların həyatını daha da asanlaşdıran qabaqcıl texnologiya və nadir təkliflərlə təmin etmək üçün daha bir imkan yaradır. Bizim şirkətlərimiz eyni məqsədi bölüşürlər – müştərilərimizə onların xərclədiyi pulun müqabilində daha çox dəyər vermək. Biz hər bir korporativ müştərimizlə eyni təcrübəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib. 

“Caspian Telecom” MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna fiber optik texnologiya bazasında ən müxtəlif İnformasiya və Kommunikasiya Texnologiyaları xidmətləri göstərir. “Caspian Telecom” MMC fiber-optik kabel üzərindən internet, fiber-optik və ayrılmış Ethernet xətləri, virtual özəl şəbəkələr (VPN), SWİFT, video müşahidə, korporativ İP telefoniya, şəbəkə təhlükəsizliyi, şəbəkə monitorinqi, 3G texnologiyaları ilə bank sistemlərinin qurulması xidmətlərini göstərməklə yanaşı, eyni zamanda “Ailə TV” kabel televiziyası və “Ailə NET” internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir. Öz fəaliyyətində ən yüksək texnologiyalardan istifadə edən “Caspian Telekom” şirkəti mobil operator seçimində də öz prinsiplərinə sadiq qalaraq, ən son texnologiyalardan istifadə edən, üstün şəbəkə və geniş əhatə dairəsinə malik olan, keyfiyyətli xidmət və sərfəli qiymət təklif edən “Bakcell” şirkətinə üstünlük verib.

Xanım Mahizər Tağıyevanın Bakcell ilə əməkdaşlıq barədə danışdığı video müsahibəni bu keçiddən istifadə edərək izləyə bilərsiniz: https://goo.gl/K4W8ZT


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.