Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

iPhone istifadəçiləri olan Bakcell abunəçiləri üçün “Instagram”dan pulsuz istifadə imkanı

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda bənzəri olmayan internet təklifləri ilə abunəçilərini sevindirməyə davam edir. Şirkət iPhone istifadəçiləri üçün pulsuz Instagram xidmətini istifadəyə verdiyini elan edir. Bir müddət öncə Bakcell Novruz hədiyyəsi kimi Pulsuz Facebook və Klass tarifində olan abunəçilər üçün pulsuz Whatsapp kimi müxtəlif innovativ data təkliflərini təqdim edib.

İndi iPhone mobil telefonlarına sahib olan bütün Bakcell abunəçiləri xüsusi sərfəli iPhone paketləri daxilində Instagram xidmətindən pulsuz istifadə etmək imkanı qazanacaqlar. Yeni iPhone paketləri əsas internet paketindən və abunəçilərin öz iPhone mobil telefonlarında istifadə edə biləcəyi xüsusi bonusdan – “Instagram”dan istifadə etmək üçün əsas internet paketinin həcminə bərabər olan həcmdə pulsuz trafikdən ibarətdir.

“Bakcell şəbəkəsində iPhone istifadəçilərinin sayı çoxdur  və onların əksəriyyəti fəal Instagram istifadəçiləridir. “Bakcell”in “Daha yaxın olaq” fəlsəfəsinə uyğun olaraq, biz çalışırıq ki, abunəçilərimiz yaşadıqları xoş anları öz yaxınları, dostları və ailələri ilə daha çox paylaşmaq imkanına malik olsunlar. Biz inanırıq ki, indi hər bir iPhone istifadəçisi təqdim edilən bu internet paketlərindən özünə ən çox uyğun olanını seçə biləcək. Aylıq istifadə həcmindən asılı olaraq siz təkliflərdən birini seçə və ona uyğun internet paketində “Instagram”dan pulsuz faydalana bilərsiniz”, - deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib. 

iPhone istifadəçilərinin yararlana biləcəyi yeni paketlər üstünlükləri və aktivləşdirmə kodları ilə birlikdə aşağıdakı cədvəldə göstərilib:


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.