Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Velosipedlə dünya səyahətinə çıxan azərbaycanlıya Bakcell şirkətindən dəstək

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti  bildirir ki. velosipedlə dünya turuna çıxan azərbaycanlı səyyah Tural Abbasov səfər boyu “Bakcell”in intrenet, zəng və SMS xidmətindən istifadə edəcək.

2016-cı ilin yanvarında Bakıdan Çin istiqamətində yola düşən velosipedçi səyyah  artıq 10200 km-dən çox məsafə qət edərək  Orta Asiyadan keçib. Hazırda Tailandda olan Tural  “Bakcell”in rouminq xidməti vasitəsilə öz səyahət təcrübəsini http://velotural.az/https://www.facebook.com/velotural/ səhifələrində bölüşür.

 “Səfər zamanı güvənli və keyfiyyətli mobil rabitə çox vacib amillərdən biridir. Rouminq xərclərimi öz üzərinə götürdüyünə görə Bakcell şirkətinə təşəkkürümü bildirirəm. Bu, mənim üçün  maddi dəstəkdən  daha çox  velosiped  və velosəyahət mədəniyyətinin inkişafına və təbliğinə verilən töhfənin, mənim və mənim kimi insanların işinə olan diqqətin nümunəsidir. Bu yaxşı göstəricidir və ümid edirəm ki, Azərbaycandakı başqa şirkətlər də Bakcell şirkətindən nümunə götürəcək”, - deyə Tural Abbasov bildirib.

Azərbaycanlı velosəyyahın səfər təəssüratlarını həmçinin “Bakcell”in rəsmi “Facebook” səhifəsindən izləyə bilərsiniz: https://www.fb.com/Bakcell/      


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.