Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell özünün korporativ müştərisi olan AzEduNet ilə əməkdaşlığı gücləndirir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkədə təhsil sahəsində ən böyük internet provayder olan AzEduNet şirkəti ilə uğurlu əməkdaşlığını davam etdirir. 2009-cu ildə iki şirkət arasında başlayan əməkdaşlıq bir sıra layihələrin ərsəyə gəlməsinə səbəb olub.

“O zaman Bakıda və regionlarda 40-a yaxın əməkdaşımızı mobil internet və mobil rabitə ilə təmin etmək üçün bizə geniş əhatə dairəsi və sərfəli qiymət təklif edə bilən mobil operator tələb olunurdu. Dəyərləndirdiyimiz şirkətlər arasında bu tələblərə ən yaxşı cavab verəni Bakcell idi. Biz korporativ tərəfdaş kimi “Bakcell”i seçməyimizdən məmnunuq. Çünki bu günə kimi Bakcell tərəfindən göstərilən xidmətin səviyyəsi, şəbəkənin keyfiyyəti və qiymət siyasəti korporativ abunəçi kimi bizi tam şəkildə qane edir”,- deyə AzEduNet şirkətinin Şəbəkə Dəstəyi Departamentinin qrup rəhbəri Əli Həsənov bildirib.

Korporativ seqmentdə qurulan əməkdaşlıq yalnız mobil operator və müştəri münasibətləri çərçivəsində məhdudlaşmayıb və getdikcə daha böyük tərəfdaşlığa çevrilib. Əli Həsənov bu haqda belə deyir: “2013-cü ildən isə regionların ucqar kəndlərində yerləşən və heç bir telekommunikasiya vasitələri olmayan məktəbləri və “Distant təhsil” layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları Azərbaycan Təhsil Şəbəkəsinə qoşmaq məqsədini qarşıya qoyduq. Bunun üçün isə ölkənin ən ucqar yerlərində mobil rabitəni və müasir telekommunikasiya həllərini təmin edən mobil şəbəkəyə ehtiyacımız var idi. Bu layihənin yüksək texniki tələblərinə isə məhz Bakcell cavab verə bildi. Beləliklə, Bakcell ilə növbəti uğurlu əməkdaşlığımızın əsasını qoyduq”.

Bu əməkdaşlıq sayəsində respublikanın texniki imkanların məhdud oldugu müxtəlif ucqar ərazilərində 500-dən artıq məktəb “Bakcell”in təqdim etdiyi 3G interneti vasitəsilə təhsil şəbəkəsinə qoşulub.

“AzEduNet şirkəti bizim təhsil sahəsindəki ən böyük tərəfdaşımızdır. Bakcell şirkəti hər bir korporativ müştəriyə fərdi yanaşır və onların istəklərinə uyğun olan ən yaxşı təklif hazırlayır. “AzEduNet”lə əməkdaşlığımız artıq 7 ildir ki, davam edir. Biz birlikdə ölkə ərazisində 500-dən artıq məktəbi internetə çıxışla təmin etmişik. Bu, çox uğurlu bir layihədir və biz gələcəkdə bu məktəblərin sayını artırmaq haqqında düşünürük”,- deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib. 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.