Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

“Bakcell”in yeni Klass tarifləri ilə Whatsapp-a pulsuz çıxış və 3 dəfədən çox internet trafiki

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yeni Klass tariflərini istifadəyə verməklə, mobil internetdən istədikləri qədər istifadə etmək üçün öz abunəçilərinə daha çox mobil internet trafikini böyük məmnuniyyətlə təqdim edir. Bununla yanaşı, abunəçilər təqdim olunan bu beş yeni tarif sayəsində səs xidmətlərindən istifadə edərkən vəsaitlərinə qənaət etmək və ünsiyyət qurmaq üçün əlavə imkanlar əldə edəcəklər.

Bu yeni tariflərə qoşulan bütün abunəçilər Whatsapp tətbiqinə pulsuz qoşulmaq imkanına da malik olacaqlar.

Bu beş sərfəli Klass tarifinin hər birinin üstünlükləri aşağıdakı cədvəldə göstərilib:

“Biz öz müştərilərimizin sadiqliyini həmişə yüksək qiymətləndirir və yeni məhsullar yaradarkən daim onların maraqlarını nəzərə almağa çalışmışıq ki, onların gözləntilərini doğrulda bilək. Müştəri davranışı göstəricilərinin müşahidəsi göstərir ki, data xidmətlərinə olan tələbat getdikcə artmaqdadır. Bu faktı nəzərə alaraq, biz eyni aylıq ödənişin müqabilində 3 dəfə artıq internet trafikini təqdim etməyə qərar verdik. Müştərilərimizə Azərbaycanda bütün şəbəkələrə pulsuz zəng vurmaq imkanının verilməsi də ünsiyyət prosesini onlar üçün daha münasib və asan etmək üçün gördüyümüz səylərin nəticəsidir. Biz inanırıq ki, hər bir Bakcell abunəçisi ay ərzində istifadə etdiyi həcmə daha uyğun olan ən sərfəli tarifi asanlıqla tapa biləcək”,- deyə Bakcell şirkətinin baş marketinq direktoru Maria Toyçeva bildirib. “Müştərilərimiz üçün daha bir xoş xəbər Whatsapp tətbiqinə pulsuz mobil çıxış imkanıdır. Artıq hər bir Klass abunəçisi ödədiyi aylıq tarif haqqından asılı olmayaraq mobil internet üçün pul ödəməyərək Whatsapp üzərindən ünsiyyətdə olmaq imkanına malik olacaq. Müştərilərimizi daim ən sərfəli qiymətlər və ən üstün keyfiyyətli şəbəkə ilə təmin etmək üçün səylərimizi gələcəkdə də davam etdirəcəyik”,- deyə xanım Toyçeva əlavə edib.

5 yeni Klass tarifi haqqında daha ətraflı məlumat üçün bu səhifəyə daxil ola bilərsiniz: http://www.bakcell.com/klass/az/klass

 



 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.