Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

“Mançester Yunayted Futbol Məktəbi"nə növbəti seçim başlanır

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Mançester Yunayted Futbol Məktəbi"nin istedadlar qruplarına qəbul prosesinin başlanmasını elan edir.

Seçimlər 2005, 2006, 2007-ci il təvəllüdlü uşaqlar arasında 15 mart 2016-cı il tarixində,  saat 15:00-da, Bayıl Arena stadionunda keçiriləcək.

Bu seçim prosesi nəticəsində istedadlar qruplarında mövcud olan boş yerlərə uşaqlar cəlb olunacaq.

Seçimlərdə iştirak etmək üçün, http://manutd.az/muss/ keçidindən istifadə edərək qeydiyyatdan keçmək və aşağıda göstərilən sənədlərlə yaş qrupuna uyğun olaraq qeyd olunan tarixdə Bayıl stadionuna gəlmək lazımdır:

- Şəxsiyyəti təsdiq edən sənəd

- Sağlamlıq haqqında arayış

Seçim prosesi ilə bağlı suallar üçün üçün əlaqə vasitələri:

+994 55 511 33 03 – Ramin Həsənov

[email protected]

Qeyd edək ki, “Mançester Yunayted Futbol Məktəbi”ndə məşqlər İngiltərədən ezam olunan məşqçi Mick Bennet və yerli məşqçi assistentlər- Cahangir Həsənzadə və Samir Ələkbərov tərəfindən keçirilir. Məşqlərdən əvvəl uşaqlara intensiv şəkildə  həftədə  iki dəfə ingilis dili dərsləri keçirilməklə yanaşı, sürət testləri, yoldaşlıq oyunları da təşkil olunur. Eyni zamanda, istedadlar qrupunun üzvləri “Mançester Yunayted” tərəfindən forma və digər idman avadanlıqları ilə təmin olunurlar. Hazırda “Mançester Yunayted Futbol Məktəbi”ndə 3 istedadlar və 2 ilkin hazırlıq qrupu mövcuddur.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.