Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

“Mançester Yunayted Futbol Məktəbi”nin ilkin hazırlıq qrupuna qəbul başlanır

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə “Mançester Yunayted Futbol Məktəbi”nin ilkin hazırlıq qrupuna qəbulun başlamasını elan edir.

AFFA, Bakcell şirkəti və İngiltərənin “Mançester Yunayted” futbol klubu arasında tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin artıq 5 aya yaxındır ki, ilkin hazırlıq qrupu öz fəaliyyətini davam etdirir. Lakin çoxsaylı istəkləri nəzərə alaraq, daha bir ilkin hazırlıq qrupunun yaradılmasına qərar verilib.

İlkin hazırlıq qrupunun 2003, 2004, 2005, 2006, 2007, 2008-ci il təvəllüdlü uşaqlardan təşkil olunması planlaşdırılır.

5 həftəlik proqrama 130 manat ödəməklə qoşulmaq mümkün olacaq. Yeni qrupun məşqləri fevralın 15-də başlayacaq.

“Mançester Yunayted Futbol Məktəbi”nin ilkin hazırlıq qrupunda məşqlər həftədə 2 dəfə olmaqla Bayıl stadionunda İngiltərədən ezam olunnmuş Mick Bennet və assistentləri Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən keçiriləcək.

Yerlər məhduddur.

İkinci qeydiyyatdan keçmək üçün aşağıda göstərilən sənədlərlə 15.02.16 tarixində, saat: 17:30-da “Bayıl Arena” stadionuna gəlmək lazımdır:

  • Şəxsiyyəti təsdiq edən sənəd

  • Sağlamlıq haqqında arayış

Qeydiyyatdan öncə aşağıdaki nömrəyə zəng edib ilkin qeydiyyatdan keçmək mütləqdir.

Qrupa yazılmaq istəyənlər üçün əlaqə vasitələri:

“Mançester Yunayted Futbol Məktəbi” 2014-cü il sentyabrın 23-də yaranıb və oktyabrın 6-dan fəaliyyətinə start verilib. Dərslər həftədə 2 dəfə olmaqla praktiki və nəzəri şəkildə keçirilir.

Hazırda “Mançester Yunayted Futbol Məktəbi”ndə 3 istedadlar və 1 ilkin hazırlıq qrupu fəaliyyət göstərir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.