Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell öz abunəçilərinə eyni qiymətə İkiqat Mobil İnternet trafikini təklif edir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Yeni ildə öz abunəçilərini xüsusi kampaniya ilə sevindirir: eyni qiymətə ikiqat həcmdə gündəlik mobil internet fürsəti.

Kampaniya çərçivəsində Bakcell şirkətinin abunəçiləri eyni qiymətə, yəni gündə 0.20 AZN ödəməklə əldə etdikləri 50MB internet trafikinə əlavə olaraq 50MB bonus almaq imkanına malik olacaqlar (50MB + 50MB). 50MB bonus gün ərzində, səhər saat 6:00-dan axşam saat 18:00-dək etibarlıdır.

Kampaniya davam etdiyi müddətdə 50MB Gündəlik Təkrarlanan İnternet Paketini aktivləşdirən bütün yeni abunəçilər də 50MB+50MB bonus internet trafikini əldə edə biləcəklər.

Gündəlik 50MB internet paketinin qiyməti dəyişməz olaraq qalacaq, lakin abunəçilər öz mobil telefonlarında musiqi yükləmək, onlayn video izləmək, şəkil yükləyib paylaşmaq və elektron məktublar göndərmək, ”Facebook”, “Whatsapp” və sevdikləri digər xidmətlərdən faydalanmaq üçün ikiqat həcmdə internet trafiki əldə edəcəklər.

“Bu yaxınlarda keçirdiyimiz “ikiqat trafik” kampaniyası olduqca uğurlu oldu. Abunəçilərimiz bizə çoxsaylı müraciətlər edərək belə kampaniyaların tez-tez keçirilməsini xahiş edirlər”,- deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib. “Abunəçilərimizin xahişlərini nəzərə alaraq və onların Yeni ildə mobil internet xidmətlərinə artan tələbatlarını təmin etmək üçün biz onlara daha çox mobil internet trafiki əldə etmək imkanını təklif etmək qərarına gəldik. Ümid edirik ki, gündəlik 100MB (50MB+50MB) internet paketi müştərilərimizin bayram əhval-ruhiyyəsini artırmağa və sevinc hisslərini öz dostları və yaxınları ilə paylaşmasına öz töhfəsini verəcəkdir”, - deyə Mariya Toyçeva əlavə edib.

Qeyd edək ki, Yeni il münasibəti ilə Bakcell şirkəti bu yaxınlarda abunəçilərə limitsiz şəbəkədaxili danışıq imkanı verən başqa bir kampaniyaya da start vermişdir. Həmin kampaniya çərçivəsində Bakcell abunəçiləri gündəlik cəmi 0.59 AZN ödəməklə limitsiz şəbəkədaxili danışıq imkanı əldə edirlər.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.