Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

“Bakutel 2015” sərgisində 4G+ mobil internet şəbəkəsinin imkanlarını nümayiş etdirən Bakcell şirkəti Azərbaycanda indiyə kimi görünməmiş 225 Mbit/saniyəyə qədər sürəti təqdim etdi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti hazırda Azərbaycanda ən sürətli sayılan və operatora bir-birindən maraqlı yeni xidmətlər təklif etmək imkanı verən 4G+ (LTE A) mobil internet şəbəkəsinin funksional imkanlarını nümayiş etdirir. Bu və bir çox digər yenilik və nailiyyətləri  “Bakutel 2015” sərgisində Bakcell şirkətinin stendində görmək və real həyatda sınaqdan keçirmək mümkündür.

Sərgiyə gələn ziyarətçilər Bakcell şirkətinin təqdim etdiyi super yüksəksürətli 4G internetini təcrübədən keçirmək və 4G limitini kəşf etmək üçün quraşdırılmış xüsusi velosipeddən istifadə edərək onun imkanları ilə əyləncəli bir şəkildə tanış olacaqlar. Bakcell stendinin qonaqları ilk olaraq ən son LTE texnologiyası – 4G+ və ya “LTE-Advanced” xidməti sayəsində 225 Mbit/saniyəyə qədər sürətlə mobil interneti təcrübədən keçirmək imkanı qazanırlar.  

“Bakcell özünün ən müasir 4+ (LTE Advanced) şəbəkəsinin imkanlarını nümayiş etdirmək üçün ölkənin ən qabaqcıl informasiya texnologiyaları sərgisini - “Bakutel”i seçdi. LTE xidmətini istifadəyə verdikdən sonra bu gün biz qürur hissi ilə deyə bilərik ki, abunəçilərimizin artan tələbatlarını qarşılamaq üçün şirkətimiz ölkədə ən geniş mobil rabitə şəbəkəsinə və əhəmiyyətli internet tutumuna malikdir. Biz LTE şəbəkəmizin inkişafına sərmayə qoyulması istiqamətində səylərimizi gələcəkdə də davam etdirəcəyik və bu, Bakcell şirkətinin Azərbaycanda ən böyük 4G operatoru kimi mövqeyini daha da möhkəmləndirəcək, ölkədə mobil rabitə sahəsinin inkişafını stimullaşdıracaq. Abunəçilərimizin mobil internetə olan tələbatı durmadan artır, onlar internet xidmətinin daha sürətli, daha keyfiyyətli və hər yerdə mümkün olmasını istəyir. Bu tələbatı qarşılamaq üçün Bakcell şirkəti 4G şəbəkəsinin genişləndirilməsini və 4G+ xidmətinin istifadəyə verilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Yeni təqdim etdiyi “Qoş və Coş” platforması çərçivəsində Bakcell şirkəti video yayım xidməti daxil olmaqla bir çox maraqlı xidmətlər təqdim edəcək. Bunlardan biri rəqəmsal televiziya yayımı sahəsində Türkiyənin aparıcı platforması olan “Digiturk” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təqdim olunan və 100-ə yaxın məşhur kanalı, o cümlədən “Lig TV”-ni canlı izləmək imkanı verən yeni xidmətdir.

Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafında şirkətin əvəzolunmaz rolunun təsdiqi olaraq, Bakcell “Bakutel 2015” sərgisinin “Telekommunikasiya partnyoru” seçilib.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.