Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell abonentlərinə yeni müjdə: LIG TV-nin canlı yayımlarını smartfonlarında izləyə biləcəklər

Yenilikçi  olmaq fəxarətini daşıyan Bakcell şirkəti Türkiyənin ilk və aparıcı rəqəmsal televiziya yayım platforması olan Digitürk ilə birlikdə yeni bir layihəyə start verdilər. Daha üstün video-daha üstün kontent vəd edən QOŞ & COŞ xidməti sürətli video-təsvirləri Azərbaycan istehlakçısına təqdim edir. Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirdi ki, Dgiturk ilə tərəfdaşlıqda möhkəm bağlılıqlar var. İlk növbədə onları futbola olan xüsusi məhəbbətdən birləşdirir, həm də bu əməkdaşlıq mədəniyyətlərin, təsəvvürlərin və fəlsəfənin çarpazlaşmasıdır. QOŞ&COŞ  yeni kontent, yeni video imkanları deməkdir.

Digiturk-ün təmsilçisi Ayşe Ufuk hesab edir ki, bu işbirliyi sayəsində Baksell istifadəçiləri öz həyatlarına yeni bir dəyər qatacaqlar. İP və mobil telefonlar üzərindən yüksək keyfiyyətli video təsvirləri əldə edəcək istifadəçilərə keyfiyyətli xidmət təqdim olunacaq. “Bərabərcə bir ilkə imza atmaqda mutluyuq”, deyən Ayşe Ufuk, LİGTV-də yayımlanan eksklüziv kontenti izləmək imkanına malik olacaq Bakcell abunəçilərinə həm də 100-dən çox müxtəlif kanalların yayımını təqdim edəcəklərini bildirdi. Digiturk Mobil TV tətbiqetməsindən həm iOS, həm də Android platformasından istifadə edən Bakcell istifadəçiləri yararlana biləcəklər.

QOŞ&COŞ  layihəsinin rəhbəri Mark Zirko isə mobil internet istifadəçilərinin və artıq video təsvirləri smartfon və planşetlərdə izləyənlərinin sayının noutbuk və fərdi kompüterləri üstələdiyini bildirdi. Beləliklə, statistika göstərir ki, Video təsvirlərin mobil trafikində 2020-ci ilə qədər ildə 45 faiz, mobil internet trafikində isə 55 faiz artım proqnoz olunur. Həmçinin təhlillər göstərir ki, kontentin 55 faizdən çoxu məhz smartfonlarla izlənir. İstifadəçilərin 45,7 faizi smartfonlarla, 31,6 faizi isə planşetlərdən istifadə edərək, idman yarışlarını izləyirlər. Digiturk ilə birgə təqdim olunan QOŞ&COŞ  sağlam rəqabətin bir elementidir və kabel operatorları arasında rəqabəti stimullaşdıran bir xidmət olacaq. Həmçinin istehlakçılar üçün seçim imkanlarının genişlənməsi deməkdir. 

Qeyd edək ki, Digiturk şirkətinin LİG TV idman kanalı hazırda Türkiyə Super Liqasının yayım hüquqlarına sahibdir. Öz həyatlarını futbolsuz təsəvvür edə bilməyən Bakcell abunəçiləri LİG TV-də yayımlanan eksklüziv kontenti güzəştli qiymətlərlə izləmək imkanına malik olacaq.

Digiturk şirkətinin baş icraçı direktoru Ertan Özerdem: “Digiturk olaraq, biz Türkiyə ilə çox güclü mədəni və tarixi əlaqələrə malik olan Azərbaycanda xarici sərmayələrimizi yatırmaqda davam edirik. Bu çərçivədə, biz fəaliyyət göstərdiyi sektorda nüfuzlu brendə sahib olan Bakcell şirkəti ilə müqavilə imzalamışıq. Bu müqavilə Türkiyə Futbol Liqası, Türkiyə Basketbol Liqası oyunlarının və “Digiturk”ün 100-dən çox müxtəlif kanallarının Bakcell abunəçiləri üçün yayımını əhatə edir. Bu müqavilə sayəsində biz “Digiturk”ün innovativ IP və mobil xidmətlərini qonşu ölkədə yaşayan dostlarımıza təqdim edə biləcəyik. Ümid edirəm ki, bu əməkdaşlıq hər iki tərəf üçün çox uğurlu və faydalı olacaq. Rəqəmsal yayım sahəsində Türkiyənin aparıcı texnoloji şirkəti olaraq, biz insanların həyatının daha da yaxşılaşdırılmasına hədəflənən yeni layihələr yaratmaqda davam edəcəyik və bu istiqamətdə Bakcell ilə əməkdaşlıq etməkdən çox məmnunuq”.

Digiturk Mobil TV tətbiqetməsindən həm iOS, həm də Android platformasından istifadə edən Bakcell abunəçiləri yararlana bilərlər. Həmçinin, aşağıda təqdim olunan link vasitəsi ilə abunəçilər kanalları fərdi kompüter və noutbuklarında internet üzərindən izləyə bilərlər: http://www.digiturkplay.com/

Aktivasiya kodu yeni təklifə abunə yazılan bütün abunəçilərə verilir.

***

Digiturk kanallarını mobil cihazlarda və masaüstü kompyuterlərdə izləmək üçün Bakcell xüsusi mobil paketini təqdim edəcək. “Digiturk”ün mobil xidmət paketlərini seçərək, Bakcell abunəçiləri 100-dən çox məşhur televiziya kanalı ilə təqdim olunan eksklüziv futbol, idman, xəbərlər və əyləncə məzmunundan zövq alacaqlar. TV kanallarının siyahısını bu linkdən əldə edə bilərsiniz: digiturk.bakcell.com

[email protected] paketlərindən birini alan bütün Bakcell abunəçiləri Digiturk Mobil Yayımına pulsuz abunə yazıla biləcəklər. Paketi aldıqdan sonra, abunəçilər hesabı onlayn aktivləşdirmək üçün 24 saat ərzində aktivasiya kodunu və linki alacaqlar. Aktivləşdirmə kodu 7 gün ərzində qüvvədə olacaq.

Bakcell öz abunəçilərinə data kartlar və planşetlər üçün 4 tarif təklif edir:

Yuxarıda göstərilən paketlərdən hər hansı birini almaqla, Bakcell abunəçiləri mobil cihazlarında (smartfon, planşet) internetdən istifadə etmək və Digiturk kanallarını izləmək, eləcə də pulsuz Digiturk SPORT TV paketinə abunə yazılmaq üçün data trafiki əldə edəcəklər.

Bu yeni xidmət Bakcell abunəçilərinə sevdikləri Digiturk kanallarını mobil telefonlarında zövqlə izləmək imkan verəcək.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.