Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

“Bakcell”in Ulduzum sadiqlik proqramı telekommunikasiya sahəsində “Ən yaxşı istehlakçı xidməti”dir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətininUlduzum sadiqlik proqramı Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika ölkələrində telekommunikasiya sahəsində “Ən yaxşı istehlakçı xidməti” adına layiq görülüb.

14 sentyabrda Dubayda keçirilmiş nüfuzlu “Telecoms World Middle East Awards 2015” mükafatının təqdimetmə mərasimində “Bakcell”in Ulduzum proqramı “Telecoms World” təşkilatı tərəfindən5 finalçı arasında birinci yerə layiq görülüb.

Müsabiqə Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika bölgələrinin müxtəlif ölkələrindən olan və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətləri təmsil edən 250 namizəd arasında keçirilib.

“Biz bu mükafata layiq görülməyimiz və 250 telekommunikasiya şirkəti arasında birinci yeri tutmağımızla fəxr edirik. Bu faktsübut edir ki,“Bakcell”in Ulduzum proqramı təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. Bu isə həm də dünyada ən yaxşılardan birideməkdir.Bizinanırıq ki, bu, hələ başlanğıcdır, Ulduzum Bakcell abunəçiləri üçün ən yaxşı müştəri təcrübəsi olmağa davam edəcək,daha datəkmilləşəcək və gələcəkdə bir çox mötəbər mükafatlar qazanacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

“Ən yaxşı istehlakçı xidməti” mükafatı ilə təltif olunması Bakcell üçün dahabir uğur hekayəsidir. Şirkət müştəri ehtiyaclarının düzgün başa düşülməsi, göstərdiyi xidmətlərin və müştərilərinin ümumi təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində çox işlər görür.

1 milyon 400 min nəfərdən çoxabunəçisi ilə Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərimizin və və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq edən ən uğurlu və populyar loyallıq proqramlarından biridir. Bu yaxınlarda istifadəyə verilmiş xüsusi mobil tətbiqetməvasitəsilə Bakcell abunəçiləri, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən Ulduzum endirimlərindən faydalana bilirlər.

“Telecoms World Middle East Awards 2015” və onun qalibləri barədə daha ətraflı məlumatla http://www.terrapinn.com/conference/telecoms-world-middle-east/C58283.stm səhifəsində tanış ola bilərsiniz.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.