Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell internet paketlərini yarı qiymətə təklif edir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinin yüksək sürətli mobil internetdən daha sərfəli qiymətlərlə faydalanmağı üçün yeniendirim kampaniyasına start verib.

14 avqust 2015-ci il tarixindən etibarən Bakcell abunəçiləri internet paketi aldıqda, kampaniya çərçivəsində ikinci eynihəcmli internet paketini yarı qiymətə əldə edə bilirlər.

40,120,360 və ya 600MB həcmində istənilən internet paketiniəldə etdikdən sonra, abunəçiyə ikinci internet paketinyarı qiymətə əldə edilməsi imkanı barədə məlumat SMS vasitəsilə göndərilir.İkinci internet paketini yarı qiymətə almaq üçün abunəçilərə hər dəfə 24 saat vaxt təqdim olunur.

Onu da qeyd edək ki, 4G abunəçilərinin sayına görə Azərbaycanda lider mövqeyə sahib olan Bakcell şirkəti eyni zamanda Azərbaycanda abunəçilərinə 4G rouminq xidmətlərini təqdim edən yeganə mobil operatordur. Bakcell abunəçiləri ölkə xaricində olarkən 20-dən çox rouminq tərəfdaşından hər hansı birinin şəbəkəsinə qoşularaq 150 Mbit/s çatan sürəti dəstəkləyən ən müasir LTE xidmətindən sərfəli qiymətlərlə faydalana bilərlər. Bundan əlavə, 4G rouminq xidmətindən istifadə üçün qiymətlər 3G xidmətində olduğu kimi qalır.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.