Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell 10% bonuslu 3 AZN nominallı ödəmə kartlarını təqdim edir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti mövcud ödəmə kartları ilə yanaşı abunəçilərin istifadəsi üçün 3 AZN nominallı yeni ödəmə kartlarının satışına başlayıb.

Bakcell həmçinin yeni 3 AZN-lik ödəmə kartının istifadəyə verilməsi ilə yanaşı CIN abunəçiləri üçün yeni kampaniyaya start verib. Bu kampaniya çərçivəsində balansını yeni 3 AZN-lik ödəmə kartı ilə artıran CIN abunəçiləri yüklədikləri məbləğin 10%-i dəyərində bonus qacanacaqlar.

Abunəçilər əldə olunan bonuslarışəbəkədaxili zəng, SMS, MMS və mobil internet üçün istifadə edə bilərlər. 3 AZN nominallı ödəmə kartlarının istifadə müddəti 30 gün təşkil edir.

Beləliklə Bakcell şirkəti bundan sonra abunəçilərə bu nominallı kartlar təklif edəcək: 1 AZN, 2 AZN, 3 AZN, 5 AZN, 10 AZN və 20 AZN.

Yeni kartla əlaqəli kampaniya barədə məlumat əldə etmək üçün *555#YES kodunu yığmaq yetərlidir. Bu sorğu üçün abunəçinin balansından heç bir məbləğ tutulmur.

Yeni 3 AZN və digər nominallı ödəmə kartları barədə ətraflı məlumatı www.bakcell.com keçidindən istifadə edərək əldə etmək olar.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.