Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

“Mançester Yunayted Futbol Məktəbi”nə növbəti seçimin tarixləri elan olunur

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted Futbol Məktəbinəuşaq seçimi prosesinin başlanmasını elan edir.

Bakıda “Bayıl Arena” stadionunda təşkil olunacaq seçim prosesi nəticəsində yeni yaradılan U-9 qrupu və hazırda digər qruplarda mövcud olan boş yerlərə uşaqlar cəlb olunacaqlar.

2007 və 2008-ci il təvəllüdlü uşaqlar üçün seçim prosesi 22 avqust, 2004, 2005, 2006-cı il təvəllüdlü uşaqlar üçün isə 23 avqust 2015-ci il tarixində keçiriləcək.

Seçimlərdə iştirak etmək üçün, http://manutd.az/muss/keçidindən istifadə edərək qeydiyyatdan keçmək və aşağıda göstərilən sənədlərlə yaş qrupuna uyğun olaraq qeyd olunan tarixdə “Bayıl Arena” stadionunagəlmək lazımdır:

- Şəxsiyyəti təsdiq edən sənəd

- Sağlamlıq haqqında arayış

Seçim prosesi ilə bağlı suallara cavab almaq üçün 0555119078 nömrəsinə zəng etmək və ya[email protected] ünvanına email yollamaq olar.

Qeyd edək ki,Mançester Yunayted Futbol Məktəbində məşqlər İngiltərədən ezam olunan məşqçi və yerli assistent tərəfindən keçirilir. Məşqlərdən əvvəl uşaqlara həftədə ən azı iki dəfə ingilis dili tədris olunur.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.