Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

“Bakcell”in “Virtual Futbol Çempionatı”nın qalibi Amerikadan qayıdıb

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti tərəfindən 2015-ci ilin fevral-aprel aylarında “Futbol Bakcell ilə” layihəsi çərçivəsində təşkil olunan “Bakcell Virtual Futbol Çempionatı”nın qalibi Hacı Mirzəməmmədov Mançester Yunayted-Barselona oyununu izləmək və Mançester Yunayted futbol klubunun oyunçuları ilə görüşmək üçün ABŞ-a səfər edib. Hacı səfər çərçivəsindəMemfis Depay, Matteo Darmian, Eşli Yanq, Maruan Fellaini, Ander Errera, David De Hea kimi ulduz oyunçularla görüşərək virtual futbol oynamaq imkanı qazanıb.

ABŞ-nın Kaliforniya ştatında keçirilən Mançester Yunayted -  Barselona oyununu Bakcell şirkətinin xüsusi qonağı qismində izləyən Hacı bu səfər haqqında təəssüratlarını bölüşüb: “Bu yarış olmasaydı, mənim yəqin ki heç vaxt Mançester Yunayted ulduzları ilə ABŞ-da görüş imkanım olmayacaqdı. Bakcell şirkətinin təşkil etdiyi virtual futbol çempionatında iştirak etdiyimə və qalib gəldiyimə görə çox sevinirəm. Yaradılan bütün imkanlara görə və ömür boyu xatırlayacağım ən gözəl anlar yaşatdığına görə Bakcell şirkətinə böyük minnətdarlığımı bildirirəm”.

“Ümidvaram ki, biz çempionatın qalibi olan Hacı Mirzəməmmədovun gözləntilərini qarşıladıq və o, Amerikada tətilini səmərəli keçirdi. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Mançester Yunayted ilə birlikdə həyata keçirdiyimiz “Futbol Bakcell ilə” layihəsi çərçivəsində Azərbaycanda futbolun inkişafına bütün səviyyələrdə dəstək olmağa çalışırıq. Futbol hamı üçündür. Bu oyunu real həyatda oynamayan insanlar da oyunları izləməkdən və ya “PlayStation”da virtual şəkildə oynamaqdan böyük həzz alırlar. Bunu nəzərə alaraq təşkil etdiyimiz “Bakcell Virtual Futbol Çempionatı” sayəsində sağlam idman rəqabətinin təşviq olunması və gənclərin boş vaxtlarını daha səmərəli keçirməsi üçün əlavə imkan yaratmış olduq. Bu çempionata maraq çox böyük oldu və 7000 nəfərə yaxın məktəbli qatıldı. Onlayn oyunlar oynamağı sevənlər üçün  Bakcell yüksək sürətliİnternet bağlantısını  təmin edir. Virtual oyun həvəskarları üçün biz  gələcəkdə də ı eksklüziv imkanlar və məhsullar təqdim etməyi planlaşdırırıq”, deyə Bakcell şirkətinin baş marketinq direktoru  Mariya Toyçeva bildirib.

Qeyd edək ki, “Bakcell Virtual Futbol Çempionatı” 2015-ci ilin fevral-aprel aylarında respublikanın paytaxtında və 8 regionunda yerləşən orta məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilib. 26 aprel 2015-ci il tarixində baş tutan final görüşünün qalibi Hacı Mirzəməmmədov olub.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.