Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Onlayn ödənişlər zamanı “Bakcell”dən BONUS dəqiqələr

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti elektron ödəmə üsullarından istifadə edən abunəçilərinə BONUS dəqiqələr qazanmaq şansı yaradıb.

İyul ayının 24-də başlayan kampaniya çərçivəsində Bakcell abunəçiləri onlayn ödəmə metodlarından istifadə edərək (MilliÖn və E-manat ödəmə nöqtələri, www.hesab.az daxil olmaqla bank kartları vasitəsilə onlayn ödəniş, bankomatlar və s.)  balansı 5 AZN və daha çox məbləğdə artırdıqda, bu məbləğin 10%-i həcmində bonus qazanacaqlar.

Balansın ödəmə kartı vasitəsilə artırılması üçün bonus təqdim olunmur.

Abunəçilər http://www.bakcell.com/az/online-credit-card-payment səhifəsinə daxil olmaqla da balanslarını artıra və bonus ala bilərlər.

Əldə olunan bonuslar 7 gün müddətində şəbəkədaxili zəng, SMS və MMS-lər üçün istifadə oluna bilər. Bonusun maksimum miqdarı 2 AZN-dir.

Kampaniya 2 ay davam edəcək.

Kampaniya barədə məlumat əldə etmək üçün *555#YES kodunu yığmaq yetərlidir. Bu sorğu üçün balansdan heç bir məbləğ tutulmur.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.