Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

“Bakcell” “Hər gün möcüzə” adlı yeni kampaniyaya start verir

Azərbaycanın İlk Mobil Operatorundan yeni təklif: “Bakcell” bu gün xərclədiyinizin hamısını növbəti gün sizə qaytarmaqla yanaşı GəlirliCIN tarifində zənglərin qiymətini 25% endirir.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti bu gündən etibarən GəlirliCIN tarifində olan abunəçiləri üçün “Hər gün möcüzə” adlı yeni kampaniyaya start verir. Kampaniyanın mexanizmi abunəçilərə gün ərzində xərclədikləri bütün məbləği növbəti gün bonus şəklində balanslarına geri qaytarmağa imkan verir.

Bu kampaniyadan GəlirliCIN tarifidə olan bütün mövcud, eləcə də yeni qoşulan abunəçilər yararlana bilərlər. Hazırda GəlirliCIN tarifində olan bütün abunəçilər bu təklifə miqrasiya olunaraq dərhaldaha ucuz qiymətlər və daha iri bonuslardan faydalana biləcək, istənilən istiqamətdə ölkədaxili zəng, SMS, MMS və mobil internet üçün xərclədikləri məbləği 100% olmaq şərtilə növbəti gün bonus şəklində geri alacaqlar. Bu kampaniya çərçivəsində əldə olunan bonus balansını abunəçilər istənilən istiqamətdə ölkədaxili danışıqlar, SMS və MMS yollanılması və eyni zamanda mobil internet üçün istifadə edə bilərlər. Bonus internet paketinialmaq üçün istifadə oluna bilməz.

Bakcell şirkəti eyni zamanda GəlirliCIN tarifində 25%-lik endirim tətbiq edərək ölkədaxili danışıqların bir dəqiqəsi üçün qiyməti 8 qəpikdən 6 qəpiyə endirib.

Gündəlik bonus alındığı günün sonuna qədər istifadə olunmalıdır. Bonusun istifadə olunmamış qalığı növbəti günə keçirilmir.

Qeyd edək ki, GəlirliCIN tarifində olan bütün abunəçilər yeni və daha sərfəli olan bu kampaniyaya avtomatik şəkildə miqrasiya olunacaqlar.Digər tariflərdə olan abunəçilər isə “GəlirliCIN”ə qoşularaq bu kampaniyadan faydalana bilərlər.

GəlirliCIN tarifinə qoşulmaq üçün *138*3#YES kodunu yığmaq yetərlidir. Tarif barədə ətraflı məlumatı www.bakcell.com saytından və ya *555#YES kodunu yığaraq GəlirliCIN tarifini seçməklə əldə etmək olar. Tarifə qoşulduqdan sonra gündəlik bonus balansını yoxlamaq üçün “3” rəqəmini SMS vasitəsilə 5504 qısa nömrəsinə yollamaq lazımdır.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.