Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Bakcell şirkəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətiBirinci Avropa oyunlarının telekommunikasiya xidmətlərinə verdiyi töhfəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.

Bakcell tərəfindən Bakı Su İdmanı Mərkəzi, Bakı İdman Zalı, Tofiq Bəhramov adına Respublika Stationu, Heydər Əliyev adına İdman Arenası, Atletlər kəndi, Bakı Kristal Zalı, Fairmont Oteli və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı kimi yarış və qeyri-yarış məkanları binadixili avadanlıqlarla təchiz olunub.

Birinci Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində istifadəçilərə göstərilən xidmətin yüksək səviyyədə təşkil olunması məqsədilə Bakcell şirkəti əlavə olaraq 95 ədəd 2G/3G stansiyası və 20 ədəd 4G xidməti dəstəkləyən stansiya quraşdırıb. Yüksək şəbəkə keçiriciliyini təmin edən əlavə innovativ avadanlıqların quraşdırılması nəticəsində Bakcell şəbəkəsi daha da gücləndirilərək Avropa Oyunlarının keçirildiyi bütün məkanlarda çoxlu sayda abunəçilərin yüksək keyfiyyətli səs və internet xidmətləri ilə təmin edib.

Layihənin icra olunduğu müddət ərzində Bakcell şirkəti digər təchizatçı şirkətlərlə birlikdə Avropa Oyunları Komandasının bir hissəsi olmaqla yanaşı dövlət layihəsinin yüksək səviyyədə gerçəkləşdirilməsinə xidmət göstərib.

Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin 1000 nəfərdən çoxu 150 Mbit/s çatan sürəti dəstəkləyən ən müasir LTE xidmətindən faydalanmaq üçün Bakcell şəbəkəsini seçiblər. Onu da qeyd etmək lazımdır ki, Bakcell şirkəti Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında abunəçilərinə rouminqdə olarkən 4G xidmətini təqdim edən ilk və yeganə operatordur.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.