Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Artıq Bakcell müştəriləri aldıqları mətn mesajlarını filtrdən keçirə bilirlər

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti reklamçılar tərəfindən öz müştərilərinə göndərilən kütləvi SMSlərin idarə edilməsinə imkan yaradan yeni platformanı müştərilərinin istifadəsinə buraxıb.

Bu yeni xidmət müştərilərinarzuolunmaz ticari reklamları almamalarına kömək edəcək. İndi müştərilər istədikləri mağazaların, şirkətlərin, bankların və ya müvafiq hesab etdikləri hər hansı digər hesabların adları yazılmış fərdi “ağ siyahı”larını yaradaraq, yalnız arzu etdikləri reklam mesajlarını qəbul edə biləcəklər.

“5595” qısa nömrəsinə “STOP” yazısını göndərməklə, müştərilər üçüncü tərəflərin göndərdiyi bütün reklam mesajlarının qəbulunu birdəfəlik dayandıracaqlar. Eyni zamanda, etibar etdikləri mənbələrdən SMSlər almaq üçün müştərilər müəyyən mağazanın, bankın və s. adını yenidən “5595” qısa nömrəsinə göndərməli olacaqlar.

Bakcell şirkətinin marketinq üzrə Baş direktoru xanım Maria Toyçeva deyir: “Kütləvi SMSlərlə bağlı şikayətlərin əksəriyyəti reklamçıların göndərdikləri mesajlara aiddir. Müştərilər mağazalarda bazarlıq edərkən və ya bankların, digər müəssisələrin xidmətlərindən istifadə etdikləri zaman çox vaxt öz telefon nömrələrini təqdim edirlər. Müştərilərimizi məmnun etmək üçün biz onlara arzuolunmaz mətn mesajlarını filtrdən keçirməyə imkan yaradan yeni platformanı işə salmışıq. Yeni sistemin ən gözəl xüsusiyyətlərindən biri də odur ki, o, müştərilərə seçim imkanı yaradır və onlar hansı mesajları qəbul edib-etməməyi özləri seçirlər. Bizim təqdim etdiyimiz yeni xidmət Bakcell şirkətinin öz müştəriləri üçün ən yaxşı təcrübənin təmin edilməsi istiqamətində göstərdiyi səylərin daha bir sübutudur”.

Bakcell öz müştərilərini yeni işə salınmış platformadan istifadə etməyə çağırır.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.