Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Bakcell

az | ru
 
 
 
 

Şirkət haqqında

Bakcell 1994-cü ilin mart ayında GTİB şirkəti və Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən Birgə Müəssisə kimi təsis edilmişdir. Bakcell Azərbaycanda ilk mobil rabitə xidməti göstərən şirkətdir.

Azərbaycanda ilk iri sərmayəçilərdən biri olaraq, Bakcell şirkəti indi də qabaqcıl texnoloji avadanlıqların tətbiqi və müştərilərimizə xidmət göstərən işçi heyəti vasitəsilə iqtisadiyyata sərmayə yatırmağa davam edir. Bununla da şirkət ölkədə müvəffəqiyyətli biznes nümunəsini nümayiş etdirir. Şirkət Analoq Tipli Sistem Operatoru (ETACS) kimi fəaliyyətə başlamışdır. 1998-ci ilin Dekabr ayında Bakcell qabaqcıl GSM telekommunikasiya texnologiyasını tətbiq edərək, müştərilərini dünya standartlarına cavab verən mobil rabitə ilə təmin etdi.

2003-cü ilin Dekabrında şirkətin özəlləşmə prosesi uğurla başa çatmışdır. Nəticədə, 2004-cü ilin yanvar ayından başlayaraq, Bakcell 100% şəxsi kapitala malik (olan) bir şirkət kimi fəaliyyət göstərməkdədir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.