Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Azercell

az | ru
 
 
 
 

Azercell Hekayələri: dəqiqələr əhəmiyyətli olanda

Hamımızın həyatında ən çətin anlar adətən yaxınlarımızın hər hansı təhlükə qarşısında olması ilə bağlı olur. Hadisə faciəvi sonluqlamı bitəcək, yoxsa uğurlamı nəticələnək - bəzən bu bir neçə dəqiqədən asılı olur. Həmin vaxt insan dəqiqələrin dəyərini başa düşür. Həyatının ən vacib anları barədə öz hekayəsini bizə Sevən Kərimova danışır.

Atam ürək xəstəsidir. Artıq illərdir ki  taxikardiya xəstəliyindən əziyyət çəkir. Bir gün biz ailəlikcə evdə idik. Birdən atamın halı pisləşməyə başladı. Rəngi avazıdı, ürək vurğuları 180-190-a qədər qalxdı. Qan təzyiqi dayanmadan aşağı düşürdü. Bütün bunlar sadəcə 4-5 dəqiqəyə baş verdi. Evdə hər kəs özünü itirmişdi. Bir azca da ləngisə idik onu xilas etmək mümkün olmayacaqdı. O vaxtlar bizim ev telefonumuz yox idi və mənim köməyimə mobil telefon çatdı.
Əgər vaxtında zəng edə bilməsəydim, bəlkə də atam indi yanımda olmazdı. Həmin anlar nələr keçirdiyimizi mən yazaraq bəlkə də təsvir edə bilmərəm. Azercelldə kredit götürmək mümkün olmasaydı, mən zəng edə bilməzdim. Mağazaya gedib kontur kartı alana qədər çox gec ola bilərdi. Bəlkə də bu başqalarına adi gələ bilər, amma öncə Allahın, sonra da etdiyim bu zəngin sayəsinə atam indi yanımızdadır.

Bir dəfə də bacım dərsdən qayıdarkən onu maşın vurmuşdu. Bacımı xəstəxanaya çatdırmışdılar. Həmin vaxt mən evdə idim, dayanmadan saata baxırdım, niyə gecikdiyinə görə narahat idim. Atamın mobil telefonuna zəng edib, xəstəxanada olduğunu bizə dedilər. Biz dərhal xəstəxanaya getdik. Bacımın başına gələnlərdən yenə də, mobil rabitə sayəsində xəbərimiz olmuşdu.

Mobil rabitə çox zaman köməyimə çatıb, amma mənim üçün ən önəmliləri bunlardır. Çünki mənim üçün həyatda ailəmdən önəmli heç nə yoxdur. Mən onlarla nəfəs alıram.

Həyatımın ən vacib anlarında fasiləsiz işlədiyinə görə Azercell şirkətinə çox minnətdaram. Təşəkkürlər Azercell!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.