Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Azercell

az | ru
 
 
 
 

Azercell hekayələri: mobil rabitə ailənin xidmətində

Bəzən sevgililəin münasibətləri uzaq məsafənin ağır sınaqlarına məruz qalır. Könül Rəhimova bizə mobil rabitənin həyatın bu sınağından keçməyə ona necə kömək etdiyinin hadisəsini danışır.

Mən BDU-nu bitirmişəm, elə həmin ildə masitraturaya daxil oldum və öz ixtisasımla dövlət idarələrindən birinə işə düzəldim. Həyat yoldaşım da, məzun olan kimi məndən bir ay əvvəl elə həmin müəssisəyə işə düzəlmişdi.

Bu, 1999-cu ilin sentyabr ayında baş vermişdi. Biz 2002-ci ilin yanvarında nişanlandıq. Ehtiyatda olan zabit kimi, o 2002-ci ilin fevralında leytenant olaraq hərbi xidmətə çağırıldı. Murovdağ silsiləsində xidmət etdiyi üçün uzun müddət – düz yaya qədər biz ondan heç bir xəbər tuta bilmədik – coğrafi şərtlər mobil telefonla əlaqə yaratmağa imkan vermirdi. 4 ay ərzində onunla ayrılıq mənə çox çətin idi.

Valideynləri ona mobil telefon və Azercell nömrəsi alandan sonra hər şey düzəldi. Mütəmadi olaraq, mobil telefonla əlaqə saxlaya bildik. 2003-cü ildə hərbi xidmət sona çatdı. 2004-cü ildə isə Sevgililər Günündə biz evləndik. Bu il biz evliliyimizin artıq 10 illiyini qeyd etmişik. Amma indiyə qədər də elə həmin nömrələri istifadə edirik. Azercell həmişə bizimlədir. Üç övladımız var: Ayan, Aylin və Ayxan. Qızlarımız artıq mobil telefondan istifadə edir və əlbəttə ki Azercell nömrələri ilə.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.