Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Azercell

az | ru
 
 
 
 

Azercell hekayətləri: mobil internet ortaq dil tapmağa kömək etdi

Belə bir ifadə var: istənilən çıxılmaz vəziyyətdən heç olmasa iki çıxış yolu mövcuddur. Lakin, onlardan istifadə etmək üçün zirəklik göstərmək və mümkün olan bütün üsullardan istifadə etməyi bacarmaq lazımdır. Belə hadisələrdən biri Kamran Hacıyev adlı tələbənin başına gəldi.

Hər şey “Evrovision” müsabiqəsi ərəfəsində baş verdi. Kamran və iki qrup yoldaşı şəhərdə gəzirdilər. Sakit gəzintini mobil telefonun zəngi dayandırdı. Kamranın digər bir qrup yoldaşı xahişlə zəng etmişdi: “Tanışlarım – xarici turistlər məni İçəri Şəhər metrosunun yanında gözləyir, mən isə bir saat gecikirəm. İndi onlar məni gözləmədən getmək istəyirlər. Xahiş edirəm, onlarla görüş, söhbətə tut və mən gələnə qədər ləngit. Onlarla çox vacib işim var.”

Yaxşı ki, Kamran İçəri Şəhər metrosundan çox uzaqda deyildi, yoldaşının xahişini yerinə yetirmək imkanı vardı. Amma məlum oldu ki, məsələ o qədər də sadə deyilmiş. Salamlamaya  xaricilərdən biri belə cavab verdi: “Hola! Como estas?”. Kamran və qrup yoldaşları tələsiklikdə tamam unutmuşdular ki, bu xarici turistlər, çətin ki, azərbaycan dilində danışsınlar!

Kamranın yoldaşlarından birinin turistlərlə jestlər vastəsilə ünsiyyət qurmağa çoxsaylı cəhdlərindən sonra belə, hiss olunurdu ki, turistlər getmək istəyir. Birdən Kamran xatırladı ki, internetdə google.com veb səhifəsində cümlə tərcüməsi sistemi var. O, tələsik öz telefonu ilə həmin veb səhifəyə daxil olub, turistləri danışdıra bildi.

Azercell mobil operatorunun fasiləsiz 3G-interneti bu dəfə də onu yarı yolda qoymadı. Tələbələr Kamranın yoldaşı gələnə qədər xaricilərə darıxmağa imkan vermədilər. Artıq bir il keçib və Kamranın iki dostu artıq öz aralarında hərdən ispanca danışır. Gracias, Azercell!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.