Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Azercell

az | ru
 
 
 
 

Azercell hekayətləri: fasiləsiz rabitə xoş xəbərlər gətirir

2000-ci ildə Bakıda güclü zəlzələ baş vermişdi. Həmin vaxtda Elvin Hövsan qəsəbəsində yaşayırdı. Zəlzələ anında ilk iş olaraq onun ailəsi Bakıdakı qohumlarla əlaqə saxlamağa çalışdı. Həmin vaxt ərzində qəsəbədə ancaq bir Azercell RBS stansiyası vardı. Zəlzələdən dərhal sonra digər mobil operatorun işində xətalar yarandı. Amma Azercell-in fasiləsiz rabitəsi sayəsində Elvinin ailəsi doğmaları ilə əlaqə yarada və onların sağ-salamat olması barədə şad xəbərləri ala bildi.

Elvinin həyatında digər mühüm hadisə onunla bağlıdır ki, o uşaqlıqdan rabitəçi olmağı arzulayırdı. 2011-ci ildə o öz sənədlərini ali məktəbə təqdim etmişdi. Həmin ilin avqustunda Elvin Azercell şirkətindən yeni nömrə əldə etdi. Operatorun İmtahanCell xüsusi xidmətindən istifadə edərək, imtahanların nəticələri məlum olan kimi onları almaq üçün öz yeni nömrəsi ilə birlikdə Azercell-ə qısa mesaj göndərdi.

Telefona yeni daxil olmuş mesajın səsi gəldiyi anı Elvin heç vaxt unutmayacaq.“Siz 16348 ixtisası üzrə ali məktəbə qəbul olmusuz. Təbrik edirik!” Bu, həmin arzuladığı Radiotexnika və Rabitə fakültəsi idi. Beləliklə, Azercell Elvinə ikinci xoşbəxt anı bağışladı. Təşəkkürlər, Azercell!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.