Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Azercell

az | ru
 
 
 
 

Azercell hekayələri: Mobil internet tələbələrin xidmətində

Mobil operatorların təqdim etdiyi yeni texnologiyalarının ən aktiv istifadəçiləri məhz tələbələr olur. Lakin elə həmin tələbələr çox zaman bir neçə manata qənaət etməyə çalışırlar. Buna görə də, onlar həmişə güzəştlər təklif edən və şəhərin istənilən yerində fasiləsiz işləyə bilən mobil operatoru daha yüksək qiymətləndirilər.

Bu hekayəni bizə Bakıdakı kolleclərdən birində oxuyan Mahir danışıb. Ötən yay, imtahan sessiyası zamanı  qrup yoldaşı onun elektron ünvanına lazımi məlumatları göndərməli imiş. Bu məlumatlar və əlavə olunmuş fayllar əsasında Mahir məruzə hazırlamalı imiş. Lakin, həmişə olduğu kimi, «fələk yenə də öz bildiyini sayıb».

Günün çox hissəsini məktubun gəlməsini gözləyə-gözləyə evdəki kompüterin arxasında keçirdikdən sonra, Mahir vacib iş üçün şəhərə getməli olur. Bununla da onun məruzəyə hazırlaşmaq ümidi bir anda kəsilmiş olub. Çünki evə qayıtmaq, məktubu almaq və məruzəyə hazırlaşmaq üçün heç bir imkan qalmayacaqdı. Onun gözlədiyi məlumatlar şifahi məruzəyə müstəqil hazırlaşmağa kömək edə bilərdi, lakin onun fayllardan istifadə etmək imkanı yox idi. Axı faylları nə qədər tez alsaydı, tələbənin uğur qazanmaq şansları bir o qədər çox olardı.

Mahir metroda olduğu vaxt mobil internet-paket almaq qərarına gəlir, lakin balansında kifayət qədər pulun olmadığını xatırlayaraq bu fikri başından atır. Mahirin əhvalı tamam pozulur. Axı onun məruzəsi Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə həsr olunmuşdu. İndi isə o, tərif əvəzinə müəllimlərinin  tənbeh dolubaxışlarını görmək istəmirdi.

Daha bir-neçə stansiyanı keçdikdən sonra  Mahirin birdən ağlına bir fikir gəldi. Onun mobil nömrəsi Azercell-in «Tələbə 1-liyi» (tələbələr arasında zənglərin bir dəqiqəsinin qiyməti 0.01 AZN! olan xüsusi tarif paketi) tarif planına qoşulmuşdu. Bu tarif planının şərtləri və 20%-lik tələbə güzəşti sayəsində, onun balansındakı pullar internet-paketin sifariş olunması üçün bəs edirdi. Heç iki dəqiqə keçmədi ki, Mahir artıq internetdə idi.

Azercell  mobil rabitəsinin Bakı  Metropolitenində fasiləsiz işləməsi sayəsində  Mahir lazımi faylları ala bildi. Qalan vaxt isə materialları nəzərdən keçirmək üçün kifayət idi. Hələ yolda olarkən Mahir məruzəsini necə quracağını təsəvvüründə canlandırır və hətta təqribi mətn də tərtib edirdi.

Mahir kollecə gələn kimi dərhal kompüter sinfinə gedir və məruzəsi üçün lazım olan tezisləri çap edir. O, vaxtında hazırlaşa bilir və məşğələdə uğurla çıxış edir. Beləliklə, Azercell mobil texnologiyaları tədris prosesində daha əlverişli və rahat informasiya mübadiləsinə şərait yaratmaqla tələbələrə çətin vəziyyətlərdən effektiv həll yollarını tapmağa kömək edir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.