Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Azercell

az | ru
 
 
 
 

Azercell hekayələri: Qəlbləri birləşdirərək

Əgər siz Şekspirin «Romeo və Culyetta» əsərindəki ehtirasların müasir dövrdə təkrar oluna bilməyəcəyini düşünürsünüzsə, çox yanılırsınız. Azərbaycanda bəzən elə hadisələr baş verir ki, onlar dahi ingilis dramaturqunun qələminə layiqdir.
 
 
Aysel adlı (ad dəyişdirilib) adi azərbaycanlı qız on üç illik tarixi olan elə bu cür bir hekayəni bizimlə bölüşdü.
 
Həyat yoldaşımla biz on üç il əvvəl işgüzar danışıqlar zamanı tanış olmuşuq. O bizim xarici tərəfdaşımızın maraqlarını təmsil edirdi. Mən elə ilk baxışdan vuruldum. Lakin əmin idim ki, heç nə baş verməyəcək və bizim aramızda münasibət yaranmayacaq. Mən, qızların oğlanlardan fərqli şəraitdə tərbiyələndirən ənənəvi Azərbaycan ailəsində böyümüşəm. Mən ona yaxınlaşıb hisslərim barədə danışa bilməzdim. Bu sadəcə olaraq, mümkün deyildi.
 
Bir neçə ay sonra biz onunla yenə də, elə analoji şəraitdə rastlaşdıq və içimdəki hisslər yenidən fırtına qaldırdı. Lakin mənim hisslərimi açıq ifadə etməyə haqqım yox idi. Mənim tərəfimdən istənilən sərbəstlik karyeramın sonu və təmiz adımın kölgə altına düşməsi ilə nəticələnə bilərdi.
 
Yarım il sonra mənim gələcək həyat yoldaşım o zaman birlikdə hazırladığımız birgə layihə barədə məlumat almaq üçün mənə zəng vurdu. Təfərrüatları müzakirə etmək üçün biz görüşmək barədə razılığa gəldik. Lakin işgüzar danışıqlara gəldiyim halda, mən gözlənilmədən evlənmək təklifi aldım. Düşünürəm ki, evə qayıdanda sevindiyimdən göyün yeddinci qatında olduğumu deməyə ehtiyac yoxdur. Lakin mənim anam tamamilə bizim münasibətlərimizin əleyhinə idi.
 
«Sən əcnəbi ilə ailə qursan, daha heç kim bizim ailədən qız almayacaq. Həm də ki, sənin böyük bacın hələ ailə qurmayıb», - deyə anam bildirdi. Beləliklə, ailə haqqında söhbətlərin üzərindən xətt çəkildi. Lakin mən əmin idim ki, daha başqa heç kimlə heç vaxt xoşbəxt olmayacam və ünsiyyətimizi kəsmədik. 
 
2007-ci ildə iqtisadi böhran bir çox şirkətlərə təsir etdi. Mən və sevgilim işimizi itirdik. O mənzilini, statusunu və sosial mühitə qaynayıb-qarışmaq imkanını itirdi. Lakin buna baxmayaraq, «Azərbaycanı mənsiz tərk etməyəcəyinə» söz verdiyi üçün Bakıda qaldı.
 
Həmin ilin ən yaxşı hadisəsi mənim universitetə qəbul olunmağım idi. Azərbaycan ənənələrinə uyğun olaraq, 28 yaşımda olduğum üçün mən artıq çoxdan ailəli olmalı idim, məndən yaşda çox kiçik tələbələrlə universitetdə oxumalı deyil idim.
Bizim aramızda əsas əlaqə vasitəsi mobil telefon idi. Çünki, hətta bir ölkədə olduğumuza rəğmən, biz tez-tez görüşə bilmirdik. Nə o, nə də mən işləmədiyimiz üçün, bizim bəzən adi zəngə də pulumuz çatmırdı. Əgər bilsəydiniz, Azercell « Sevimli nömrə» xidmətini istifadəyə verəndə biz necə sevinirdik bu bizə bir-birimizlə daha tez-tez danışmaq imkanı verdi. Bunun bizim üçün əhəmiyyəti böyük idi. Mobil telefon vasitəsilə sevgilim hər zaman mənim yanımda idi. Biz özümüzü tənha hiss edəndə, mən dərslərə, imtahanlara hazırlaşarkən, bizlərdən birimiz xəstələnəndə, həyəcan keçirəndə, mobil telefonlar bizim üçün oksigen maskası kimi idi, bu bizim ayrıca bir dünyamız idi.
Mən yatanda, telefon əlimdə yatırdım ki, heç bir sms-i də qaçırmayım. Bizim bu günə kimi ünsiyyətdə olduğumuzu heç kim bilməməli idi.
 
Azercell «Üçüncü dəqiqədən sonra pulsuz» kampaniyasına start verdikdən sonra isə biz hərdən o qədər danışırdıq ki, öz aramızda mobil operatoru müflis etdiyimiz barədə zarafat edirdik. Lakin Azercell hər zaman bizimlə idi. Azercell-in köməyi ilə biz sevgimizin möhkəm olduğuna əmin olduq.
 
İndi artıq bütün iztirablar arxada qalıb. Biz evliyik və xoşbəxtik. Lakin biz ilk görüşdən on üç il keçdikdən sonra qovuşduq. Biz hər ikimiz mobil rabitənin bizə nə qədər çox kömək etdiyini anlayırıq və buna görə Azercell-ə minnətdarıq. 

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.