Şirkətlər > Telekommunikasiya > Rabitə operatorları
 

Azercell

az | ru
 
 
 
 

Azercell hekayələri: Goranboylu fermer ailəsini maliyyə itkilərindən xilas edir

Tanış olun – Fikrət Məmmədov, Goranboy rayonunun Nadirkənd kəndinin sakini. O mal-qara yetişdirir və bitkiçiliklə məşğul olur. Fikrətin kiçik təsərrüfatı onun ailəsinin ehtiyaclarını ödəyir. Bəzi məhsulları isə, məsələn, artıq qalan südü, o bazarda satır.

Yazda Fikrətin inəkləri adətən evin yaxınlığındakı çöldə otlayırlar. Bir dəfə heyvanlardan biri yonca sahəsinə keçdi və nəzarətsiz qalaraq gündəlik normadan artıq yonca yedi. Buna görə əmələ gələn yüksək qazlaşmanın nəticəsində inək hərəkətsiz şəkildə yerə yıxıldı.

Fikrət bilirdi ki, belə hallarda təcili baytar köməyi lazımdır, əks halda inəyi xilas etmək mümkün deyildi. İnəyin itkisi isə ailə təsərrüfatına ciddi ziyan vura bilərdi. Ən yaxın baytar həkimin gəlməsini ən azı 2-3 saat gözləmək lazım idi. Fikrət həyəcan içində idi, sonra Fikrətin yadına bu yaxınlarda nümayəndəsi ilə görüşdüyü Gəncə Aqrobiznes Assosiasiyası düşdü. O öz Azercell nömrəsindən Assosiasiyaya zəng vurdu və mütəxəssis telefonla ona heyvana necə yardım göstərmək lazım olduğunu başa saldı.

Fikrət həyatında ilk dəfə idi ki, mobil rabitə vasitəsilə mütəxəssisdən göstəriş alaraq baytarlıq yardımı göstərirdi. O hələ uzun müddət özünə gələ və inana bilmirdi ki, bir zəng inəyin həyatını xilas etdi, ailənin dolanışıq səviyyəsini qoruyub saxladı. Axı təzə inək almaq ona 1000 AZN-ə başa gələrdi. Rayonda hər bir fermer üçün bu böyük məbləğdir.

Beləliklə, Azercell şirkətinin xidmətləri Fikrətə maliyyə itkilərindən xilas olmağa kömək etdi. O çox şad idi və bu hadisəni paylaşmaq qərarına gəldi. Bu, Azercell texnologiyalarının sadə insanların həyatını yaxşılığa doğru necə dəyişdirməsinə misallardan biridir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.