Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaBank”ın dəstəyilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnir başa çatdı

“AtaBank”ın dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupu ilə “Synergy” Group əməkdaşları arasında keçirilən mini futbol turniri başa çatıb. Gərgin və maraqlı keçən yarışın yekununa əsasən “No Name” komandası titulunu qorumağı bacarıb.

Belə ki, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan turnirin mükafatçıları mayın 18-də rəsmiləşib. Tennis Akademiyasında baş tutan həlledici görüşlərdə öncə üçüncü yerin sahibinin adına aydınlıq gəlib. Bu qarşılaşmada “Gobustone”la “First United” üz-üzə gəlib. Qrup mərhələsi və pley-off oyunları ilə müqayisədə daha çox azarkeşin izlədiyi matç birincilərin aşkar üstünlüyü şəraitində keçib.

Ardınca “No Name” və “VTB Bank” komandaları turnirin ən güclüsünü müəyyənləşdiriblər. Beləcə, matçın startından sonuna kimi görüş dramatikliyi, gərginliyi və əzmkarlığı ilə turnirin bəzəyinə çevrilib. Lakin hücumların bir-binini əvəz etdiyi oyunun taleyini cəmi 1 qol həll edib. Lazım olanda toparlanmağı, müdafiədə dəqiqliyi və hücumları boşa verməməyi sevən “adsız komanda” bunun sayəsində yenə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, 1 ay davam edən uzun marafonda “No Name” “taxtını” heç kimə güzəştə getməyib. “VTB Bank” ikinci yeri tutduğu halda, “Gobustone” ilk “üçlüyü” qapayıb.

Turnirin mükafatlandırma və rəsmi bağlanış mərasimində çempiona 4000, 2-ci yeri tutan komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat pul mükafatı verilib.

Turnirin ən yaxşı oyunçusu “VTB Bank”ın lideri Anar Rəhimov seçilib. Yarışın bombardiri isə ötən il ən yaxşı nominasiyasının qalibi Emin Aydəmirov olub. Hafiz Hüseynov qapıçılar arasında bütün rəqiblərini qabaqlayıb. Onlar hərəyə ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla mükafatlandırılıblar.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.