Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

"Nağdsız ödə, nağd qazan" kampaniyası davam edir

"AtaBank" ASC-nin "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyası davam edir. Ani stimullaşdırıcı lotereya kampaniyasının 3-cü mərhələsinə 1 mart 2014-cü il  tarixindən start verilib.

Lotereya 1 mart 2014-cü il tarixindən 31 dekabr 2014-cü il tarixinədək ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər arasında davam edəcək. Kampaniyaya təqvim ayı ərzində ümumilikdə ən azı 20 AZN məbləğində əməliyyatlar aparan kart istifadəçiləri qoşula bilərlər.

"Nağdsız ödə, nağd qazan" lotereyasında iştirak etmək üçün xüsusi kuponlar əldə etmək lazımdır. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün ödəniş kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində, nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir. Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 20 AZN məbləğində olan qəbzlər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir.

Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması məqsədi ilə aparılan kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar nəzərdə tutulub. Qeyd edək ki, “AtaBank” ASC-nin POS-terminallarının sayı 8 000-ə yaxındır. Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (http://www.facebook.com/atabank , https://twitter.com/AtaBank_ASC ) və kütləvi informasiya vasitələrində açıqlanır.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.