Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank Gəncədə yeni şöbəsini açıb

Gəncədə AtaBank Açıq Səhmdar Cəmiyyətinin yeni şöbəsi açılıb. Totanlı küçəsində, Mərkəzi Klinik Xəstəxananın Gəncə şöbəsinin yaxınlığında yerləşən Bankın şöbəsi fiziki və hüquqi şəxslərə geniş spektrli xidmətlər təqdim edəcək.

Gəncə şöbəsində müştərilərə bank xidmətlərinin bütün növləri, o cümlədən kassa-hesab əməliyyatları, depozitlərin qəbulu, təcili pul köçürmələri, valyutadəyişmə, kommunal xidmətlərin ödənişi, biznesin genişləndirilməsi üçün məsləhətlər və sair təqdim edilir. İş rejimi adi günlərdə (9:00-dan 17:00-dək), eləcə də şənbə günü (10:00-dan 15:00-dək) müştərilərə xidmət üçün nəzərdə tutulub.

Xatırladaq ki, bugün AtaBank ASC-nin xidmət şəbəkəsi Bakıda və regionlarda yerləşən 25 filial və şöbəni əhatə edir. Bankın xidmət və məhsulları haqqında daha ətraflı məlumatla www.atabank.com/ saytında tanış olmaq mümkündür.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.