Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank xanım jurnalistlər arasında boulinq turniri keçirdi

"AtaBank" martın 5-də xanım jurnalistləri arasında 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində xüsusi boulinq turniri keçirib.

Azərbaycanda idman və bədən tərbiyəsi günü kimi qeyd olunan tarixdə təşkil edilmiş yarışda Azərbaycan mediasında çalışan qadın jurnalistlər iştirak edib. Boulinq yarışında yüksək nəticələr göstərən iştirakçılara "AtaBank" adından hədiyyələr verilib. "AtaBank" ASC-nin İcraçı direktoru Elnur Osmanov qalibləri və digər turnir iştirakçılarını qarşıdan gələn Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edərək, qadın jurnalistlərin Azərbaycan mediasında mühüm rolu və zəhmətini xüsusilə yüksək qiymətləndirib. O, "AtaBank" adından xanım jurnalistərə gələcək işlərində uğurlar arzulayıb.

qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" Azərbaycanın ən böyük özəl banklarından biridir. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 25 filial və şöbəsi minlərlə korporativ və fərdi müştərilərə maliyyə bazarında mümkün olan bank xidmətlərinin geniş spektrini təqdim edir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.