Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaBank” yeni “AtaNet” internet bankçılıq sistemini təqdim etdi

Azərbaycanın qabaqcıl banklarından biri olan “AtaBank” yeni “AtaNet” internet bankçılıq məhsulunun təqdimat mərasimini keçirib. 12 fevral tarixində keçirilən bu tədbirdə Bankın VİP müştəriləri iştirak edib.

Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib. “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü - İcraçı direktor Elnur Osmanovun sözlərinə görə, “AtaNet” internet bankçılıq sistemi beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub. “Bir addım öndə” şüarını hər zaman öz işində rəhbər tutan “AtaBank”, yeni məhsulunda da innovasiya texnologiyalarından istifadə edib. Belə ki, “AtaNet” sistemi “ASAN imza” ilə inteqrasiya olunmuş ilk və yeganə internet bankçılıq məhsulu sayıla bilər.

E.Osmanovun fikrincə, “AtaNet” ənənəvi bankçılıqda mümkün olan bütün əməliyyatları yerinə yetirməyə imkan verir. Xidmətdən istifadə etmək üçün xüsusi avadanlıq və proqram təminatı almaq lazım deyil, bunun üçün Bankın veb-səhifəsinə daxil olmaq kifayətdir.

Qeyd edək ki, yaxın günlərdə “AtaBank” digər müştəriləri və geniş ictimaiyyət üçün “AtaNet” sisteminin böyük təqdimatını keçirəcək.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.