Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank kredit ödənişlərini sadələşdirir

AtaBank’ın müştəriləri filiallara getmədən, istənilən vaxt kreditlərini ödəmək imkanı qazandılar. Kreditlərin məsafədən ödənişi Bankın MilliÖn ödəmələr sisteminə qoşulması sayəsində baş verdi.

Belə ki, MilliÖn terminalları vasitəsi ilə kredit ödənişləri onlayn rejimdə həyata keçirilir və bu zaman müştərilər tərəfindən hər hansı bir əlavə komissiya haqqı ödənilmir. AtaBank’ın MilliÖn ilə əməkdaşlığı kreditləşmə şərtlərinin təkmilləşdirilməsi və iş saatlarında bu və ya digər səbəbdən bank filiallarına gələ bilməyən müştərilərin rahatlığı naminə reallaşdırılıb. Bütün hallarda, kredit ödənişi əməliyyatı bankın iş saatı, yaxud da istirahət və bayram günlərində aparılsa belə, ödəniş avtomatik olaraq növbəti iş günü həyata keçiriləcək.

MilliÖn terminalları vasitəsi ilə kreditləri ödəmək üçün hər bir borcalana yalnız Bankdakı kredit “İD”sini bilmək kifayətdir. Bu zaman əməliyyat bir dəqiqədən az vaxt tutr və aşağıdakı qaydada aparılır:

  • MilliÖn terminalında "Bank xidmətləri" bölməsi seçilir;
  • Növbəti açılan pəncərədə "AtaBank" düyməsi basılır;
  • Sonra iki dəfə kredit “İD" daxil edilir;
  • Bundan sonra müştərinin adı, soyadı və atasının adı ekrana gəlir;
  • Ad və soyada əsasən kredit kodunun düzgün daxil edilməsi yoxlandıqdan sonra ödəniləcək məbləğ daxil olunur.

Bununla yanaşı, terminal tərəfindən verilən qəbz ödənişi təsdiq edən sənəd hesab olunur və mütləq müştəri tərəfindən saxlanılmalıdır. Xatırladaq ki, MilliÖn terminal şəbəkəsi bugün Bakı və regionlarda yerləşən onlarla ticarət və biznes mərkəzlərini, pərakəndə satış şəbəkələrini, metro stansiyalarını və supermarketləri əhatə edir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.