Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank “Bir addaım öndə” sloqanına sadiqdir

“Bir addım öndə” sloqanına sadiq qalan AtaBank bu il xidmət şəbəkənin genişləndirilməsi, yeni məhsulların tətbiqi və öz sisteminin təkmiləşdirilməsi hesabına maliyyə göstəricilərini daha da yaxşılaşdırmaq niyyətindədir. Bu barədə Bankın mətbuat üçün açıqlamasında qeyd olunur.

AtaBank cari ildə əsas vəzifələrdən biri kimi əməkdaşlarının peşəkarlıq səviyyəsini yüksəltməyi və öz müştərilərinin maliyyə savadlığını artırmağı qarşısına məqsəd qoyub. Bundan başqa, Bankın əsas hədəflərindən biri də beynəlxalq reytinq göstəricilərini yüksəltməkdir. Ötən il olduğu kimi bu ildə AtaBank, “Nağdsız ödə, nağd qazan” kampaniyasını davam etdirəcək.

2013-cü ilin yekunlarına görə, Bankın auditini “Deloitte&Touche” şirkəti həyata keçirir. AtaBank ASC-nin aktivləri 2013-cü ildə 30.4% və ya 87.3 milyon AZN artıb. Nəticədə Bankın aktivləri təxminən 375 milyon manata çatıb. Aktivlərin yüklsəlməsində ən vacvib amillərdən biri kredit portfelinin 28.3% genişlənməsidir - 188.5 milyondan 241.7 milyon manata qədər.

Ötən ilin daha bir uğuru AtaBank’ın depozit siyasətindəki dəyişiklik etməsi və “Universal”, “Yığım” və “VIP” kimi yeni əmanətlərin tətbiqi oldu. Nəticədə depozit bazasında 30.9% səviyyəsində artım qeydə alındı. Hesabat ilində Bankın depozit portfeli 243.5 milyondan 318.7 milyon manatadək yüksəldi. Bununla yanaşı, müddətli depozit portfeli 54.5 mln. manat və ya 28.7% artaraq 244.1 mln. manata qədər yüksəldi. 2013-cü il ərzində fiziki şəxslərin müddətli əmanətləri üzrə artım isə 28.4% səviyyəsində qeydə alınıb.

2013-cü ilin yekunlarına görə, Bankın təmiz mənfəəti 5.6 milyon manat təşkil edib. İlin sonuna Bank aktivlərinin və kapitalının gəlirliliyi müvafiq olaraq 1.8% və 19.4% olub. 2014-cü ilin əvvəlinə bankomatların sayı 80-ə, POS terminalların sayı isə 8188 ədədə çatıb.

Xatırladaq ki, 2013-cü il AtaBank’ın fəaliyyətində yubiley ili kimi yadda qaldı. Özünün 20 illiyini qeyd edən Bank, AtaHolding’lə və Heydər Əliev Fondu ilə birgə əməkdaşlıq sayəsində Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmini yenidən bərpa etdi.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.