Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaHolding” ASC-nin 10 il və “AtaBank” ASC-nin 20 illik yubileyinə həsr edilmiş “Что, Где, Когда” oyunu keçiriləcək

30  noyabr tarixində saat 22.00-da AzTV kanalında “AtaHolding” ASC-nin 10 il və “AtaBank” ASC-nin 20 illik yubileyinə həsr edilmiş “Что, Где, Когда” oyunu keçiriləcək.  Oyunda “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşları   teletamaşaçılar komandasında iştirak edəcəklər.

Kapitanı “AtaBank” ASC İdarə Heyətinin sədr müavini  Etibar Babaşlı olan teletamaşaçılar komandasında “AtaHolding” ASC Maliyyə və Büdcə şöbəsinin baş mütəxəssisi Fazil Axundov, Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova, “AtaBank”  ASC Bank kartları və Elektron xidmətlər Departamentinin direktoru Teymur Axundov, Kommunikasiya şöbəsinin mütəxəssisi Oruc İbrahimov, İnsan Resursları Departamentinin mütəxəsisi Ülviyyə Məhərrəmova,  Şirvan filialı  kredit şöbəsinin rəisi Kainat Məmmədov,   “AtaSığorta” ASC Ümumi Sığorta şöbəsinin rəisi Nərgiz Mustafayeva, “AtaTravel” MMC-nin baş direktoru  Vüsal Əliyev, “Excelsior Hotel Baku” otelinin Satış və marketinq üzrə mütəxəssisi  Murad Əsədov, trener  Nailə  Canaşvili və “AtaTexnologiya” Layihə şöbəsinin rəisi Cahangir Qənizadə oynayacaqlar.

Kapitanı Anar Nəcəfli olan bilicilər komandasında Adnan Axundov, Elman Talıbov, Fuad Musayev, İya Metrevelli və Günel Babayeva  oynayacaqlar.

Qeyd edək ki, sosial layihələrin həyata keçirilməsinə fəaliyyətinin bir hissəsi kimi baxan “AtaHolding” təhsil, idman və mədəniyyət sahələrində müxtəlif layihələr həyata keçirir. 2006-cı ildən bu intelektual televiziya layihəsinə sponsorluq edən “AtaHolding” ASC bununla da ardıcıl olaraq yeddinci ildir verlişin baş sponsorudur. 2009-cu ildə AtaHolding ASC-nin 5 il və  “AtaBank” ASC-nin 15 illiyinə həsr edilmiş  “Что,  Где,  Когда”  oyunu keçirilmişdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.