Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank ilə “Visa imtiyazlar dünyasını kəşf et!”

Azərbaycanın aparıcı banklarından biri olan AtaBank “VISA International” təşkilatı ilə birgə yeni aksiyaya başlayıb. Oktyabrın 21-dən başlayan “Visa imtiyazlar dünyasını kəşf et!” aksiyasının şərtlərinə görə Visa kartlarının sahibləri “MyBrands” mağazalar şəbəkəsində endirimlər əldə edəcəklər.

Bankın “Visa Premium” (Gold və Platinum) kartları sifariş edən bütün müştəriləri “MyBrands” mağazalar şəbəkəsində 20% endirim əldə etmək üçün 3 kupon əldə edəcəklər. Aksiyadan əvvəl sifariş edilən “Visa Premium” kartlarının sahibləri isə 120 manatdan yuxarı alış-veriş etdikdə 10% endirim üçün kupon əldə edəcəklər.

Aksiyanın bütün iştirakçılarına əlavə olaraq “MyBrands” mağazalar şəbəkəsində bütün mallara hər zaman 5% endirim əldə etmək imkanı verən “MYBRANDS STANDART” kartı hədiyyə veriləcək. Qeyd edək ki, kuponlardan yalnız bir dəfə istifadə etmək olar. Kuponlar 2014-cü il yanvarın 15-dək etibarlıdır.

Aksiya Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsini artırmağa yönəldilib və dekabrın 20-dək davam edəcək.

“MyBrands” mağazalar şəbəkəsinə “United Colors of Benetton”, “Bebe”, “Sisley”, “Accessorize”, “Tommy Hilfiger”, “Monsoon”, “Adidas”, “Nike”, “Nine West”, “Coast” və s. mağazalar daxildir.

Aksiyanın şərtləri barədə ətraflı məlumat almaq üçün aşağıdakı keçidlərə daxil olun: www.mybrands.az/ru/shopswww.facebook.com/VisaAzerbaijan.

AtaBank Azərbaycanın bütün iri regionlarında filialları olan, ölkənin aparıcı bankarından biridir. Bank korporativ və fiziki müştərilər üçün xidmətlərin geniş kompleksini təqdim edir. 20 il uğurlu fəaliyyəti dövründə AtaBank öz müştərilərinin rifahının yaxşılaşdırılmasın yönəlmiş çoxlu sayda aksiya və kampaniyalar həyata keçirmişdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.