Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank faliyyət göstərən POS-terminallarının siyahısını nəşr etdi

Hələlik siyahıda Azərbaycanın iri şəhər və rayonlarında xidmət göstərən 2988 POS-terminalın ünvanı göstərilib.  Yaxında bu siyahıya həmçinin ticarət obyektlərində yerləşən POS-terminalların da ünvanları əlavə olunacaq.

AtaBank Azərbaycanda ən böyük POS-terminal şəbəkəsinə malik olan kommersiya bankıdır. Bu gün müxtəlif ticarət obyektlərində bank tərəfindən 10 000 POS-terminal quraşdırılmışdır. Bu rəqəm, ticarət və xidmət obyektlərində ölkə bankları tərəfindən quraşdırılmış bütün POS-terminalların 30%-ini təşkil edir.

Bankın saytında ünvanların yerləşdirilməsi müştərilərin ilin əvvəlində başlanmış “Nağdsız ödə, nağd qazan” kampaniyasında daha aktiv iştirak etməsinə səbəb olacaq.

“Nağdsız ödə, nağd qazan” ani stimullaşdırıcı lotereya kampaniyasının ikinci mərhələsi bu ilin 31 dekabrında uzadılacaq. Lotereyada AtaBank POS-terminalında istənilən nağdsız ödəməni həyata keçirmiş fiziki şəxslər iştirak edə bilər

Aparılmış əməliyyatların məbləği bir təqvim ayı ərzində 20 AZN-dən az olmayan kart sahibləri Ani stimullaşdırıcı lotareyada iştirak etmək haqqı qazanır. Kampaniyada iştirak etmək üçün lotareya kuponlarını əldə etmək lazımdır. Bunun üçün bir təqvim ayı ərzində AtaBank POS-terminalında həyata keçirilmiş ödəmələrin bütün qəbzlərini toplamaq və onları AtaBankın istənilən filial və ya bölməsinə təqdim etmək lazımdır.

Məbləği 20 AZN-dən  az olmayan hər qəbzin müqabilində ödəmə kartı sahibi bir lotareya puponu əldə edir.

Ani stimullaşdırıcı lotareyanın şərtləri ilə, həmçinin bankın xidmətləri və məhsulları barədə daha geniş məlumatla www.atabank.com veb səhifəsində və AtaBankın facebook sosial şəbəkəsindəki  www.facebook.com/atabank səhifəsində tanış olmaq olar. 

 

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.