Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank: 2013-cü ilin iyun ayının maliyyə göstəriciləri xeyli artıb

Azərbaycanın iri banklarından biri olan AtaBank 2013-cü ilin iyun ayı ərzində maliyyə- təsərrüfat fəaliyyətinin nəticələrinin uğurlu olduğunu bəyan edib. Belə ki, 2012-ci ilin iyun ayı ilə müqayisədə aktivlər 28.9% və ya 68.1 mln. AZN artaraq 303.5 mln. AZN olub.

Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də nəzərə çarpacaq dərəcədə artım olub. Ümumi kredit portfeli 32.3% və ya 53.3 mln. AZN artaraq, 218.4 mln. manat təşkil edib.

Hesabat tarixinə bankın depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 29.1% və ya 57.2 mln. AZN artaraq, 254.0 mln. AZN təşkil edib. Qeyd edək ki, 2012-ci ilin iyun ayında bu göstərici 196.8 mln. AZN təşkil edib.

Eyni müddət ərzində əhalinin müddətli əmanətləri 44.8 mln. manat və ya 41.3% artaraq 153.0 mln. AZN-i keçib.  2012-ci ilin iyun ayı ilə müqayisədə nizamnamə kapitalı 11.9% və ya 2.9 mln. AZN artaraq 27.9 mln. AZN olub.

1993-cü ildən fəaliyyət göstərən AtaBank-ın inkişaf etmiş filial şəbəkəsi Azərbaycanın paytaxt və rayonlarını əhatə edir. Belə ki, Bankın 12 filialı Bakıda, qalan 12 filialı isə Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.

Bankın AtaBank-ın xidmət və məhsulları, habelə aksiya və kampaniyaları barədə aha ətraflı məlumatı www.atabank.com saytından və ya Bankın Facebook şəbəkəsindəki korporativ səhifəsindən (www.facebook.com/AtaBank) əldə edə bilərsiniz.

 

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.