Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank-ın VISA kartı ilə həyat daha rahatdır

2013-cü il mayın 16-dan etibarən AtaBank VISA ilə həyat daha rahatdır kampaniyasına başlayıb. Kampaniya çərçivəsində AtaBank-da VISA kartı sifariş etmiş müştərilərin hamısının hədiyyə qazanacağına zəmanət verilir.

VISA Classic kartı açdıran müştəriləri Buta Sığorta-da avtomobillərin KASKO sığortasına 20% endirim, Sabina parfümeriya mağazaları şəbəkəsində 10% endirim, World Telekom-un Al-Dəyiş proqramında iştirak edənlərə 50% endirim və Park Cinema-dan hədiyyə gözləyir.

Mükafatlı VISA Gold, VISA Platinum və VISA Infinite kartı açdıran müştərilər Buta Sığorta-da avtomobillərin KASKO sığortasına 40% endirim, Sabina parfümeriya mağazaları şəbəkəsində 20% endirim, World Telekom-un Al-Dəyiş proqramında iştirak edənlərə 100% endirim, Park Cinema-dan hədiyyə, habelə Sumax restoranında bütün menyuya 20% endirim əldə edəcəklər.

Tələsin! Kampaniya 31 iyul 2013-cü il tarixədək qüvvədədir. Visa kartı ilə sərfəli alış-veriş etmək fürsətini qaçırmayın!

1993-cü ildən fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. 2004-cü ildən VISA International beynəlxalq ödəniş sisteminin üzvüdür. Hazırda AtaBank-ın 24 filialı var ki, onların da 12-si Bakı şəhərində, qalanları isə Azərbaycanın müxtəlif rayonlarında yerləşir.

AtaBank-ın xidmət və məhsulları haqqında daha ətraflı məlumatı www.atabank.com saytından və ya Bankın Facebook şəbəkəsindəki korporativ səhifəsindən (www.facebook.com/AtaBank) əldə edə bilərsiniz.

 

 

 

 

 

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.