Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

Nağdsız əməliyyat apardı və AtaBank-dan 1000 manat qazandı

AtaBank-ın 1 mart 2013-cü il tarixindən start verdiyi «Nağdsız ödə, nağd qazan» ani stimullaşdırıcı lotereya kampaniyasında uduşun sahibi məlum olub. Belə ki, müştəri Aytən Əliheydərova keçirdiyi nağdsız əməliyyat apararaq 1000 manat məbləğində uduş əldə edib.

«AtaBank-ın müştərilərin rahatlığı və məmnunluğu üçün keçirdiyi bu layihə insanlara sevinc bəxş edir. Həyata keçirdiyim nağdsız əməliyyat vasitəsilə 1000 manat uddum və bu anda sevincimin həddi yox idi. Mən bu kampaniyada iştirak edən hər kəsə uğurlar arzulayıram», - deyə qalib bildirib.

Qeyd edək ki, lotereya kampaniyası 31 dekabr 2013-cü il tarixinədək davam edəcək. Lotereyada AtaBank tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bankın ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər. Ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində əməliyyatların ümumi məbləği ümumilikdə 20 manat olmalıdır.

Kampaniyada iştirak etmək üçün nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət edərək onları lotereya kuponlarına dəyişmək azımdır. Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 20 manat məbləğində olan çeklər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir. Kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar nəzərdə tutulub. Aksiyanın məqsədi ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.

Hazırda, AtaBank-ın pos terminallarının sayı 10 000-ə yaxındır. Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (www.facebook.com/ AtaBank, twitter.com/AtaBank_ASC) və kütləvi informasiya vasitələrində işıqlandırılacaq.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.