Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank istehlak kreditlərinin verilməsini davam etdirir

AtaBank-ın yeni kredit məhsulları ilk gündən əhalinin böyük marağına səbəb olub. Kreditin minimum məbləği 300 AZN, maksimal məbləği isə 40 000 AZN-dir. Kreditlər 48 ay müddətinə verilir və şəxsi ehtiyaclar üçün faiz dərəcəsi 12%-dən başlayır.

Bu bank əməliyyatı üçün iş yerindən arayışa, girova və sair sənədlərə ehtiyac yoxdur. Qeyd edək ki, bu kreditlərdən yararlanmaq istəyənlərin sayı gündə-günə artır.

1993-cü ildən fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün AtaBank yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. AtaBank-ın 24 filialı fəaliyyət göstərir. Onlardan 12-i Bakı şəhərində, 12-i isə ölkənin digər şəhər və rayonlarında yerləşir.

AtaBank xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz -  www.facebook.com/ AtaBank.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.