Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edib

16 mart 2013-cü il tarixində AtaBank valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlar üçün Novruz bayramı şənliyi təşkil edib. Xeyriyyə tədbiri “Xəmsə” şadlıq sarayında keçirilib.

300-dən artıq kimsəsiz uşağın iştirak etdiyi Novruz şənliyində şən klounlar, Kosa və Bahar qız uşaqlar üçün əyləncəli oyunlar, viktorinalar keçiriblər. Şən musiqi sədaları altında uşaqlar rəqs etdilər və tədbirin sonunda  uşaqlara  hədiyyələr təqdim olunub.

AtaBank İdarə Heyətinin üzvü Elnur Osmanov tədbir ilə bağlı bildirib: «AtaBank valideyn himayəsindən məhrum olan uşaqları üçün bayram şənlikləri təşkil edirik. Biz inanırıq ki, uşaqlara göstərdiyimiz bu diqqət və qayğı onların cəmiyyətə qazandırılmasına köməkdir».

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün AtaBank yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. AtaBank-ın 24 filialı fəaliyyət göstərir. Onlardan 12-i Bakı şəhərində, 12-i isə ölkənin digər şəhər və rayonlarında yerləşir.

AtaBank xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz -  www.facebook.com/ AtaBank.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.