Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank fevral ayını uğurla başa vurub

AtaBank-ın 2013-cü ilin fevral ayının maliyyə təsərrüfat fəaliyyətinin nəticələri uğurlu olub. Belə ki, 2012-ci ilin fevral ayı ilə müqayisədə aktivlər 26.7% və ya 60.8 mln AZN artaraq 289.0 mln. AZN təşkil edib.

Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də nəzərə çarpacaq dərəcədə artım olub. Ümumi kredit portfeli 25.8% və ya 39.4 mln. AZN artaraq, 191.8 mln. AZN təşkil etmişdir.

Hesabat tarixinə bankın depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olub. Belə ki, bu göstərici 28.2% və ya 53.8 mln. AZN artaraq, 244.3 mln. AZN təşkil edib. Qeyd edək ki, 2012-ci ilin fevral ayında bu göstərici 190,5 mln. AZN olub.   

2012-ci ilin fevral ayı ilə müqayisədə nizamnamə kapitalı 11.9% və ya 3.0 mln. AZN artaraq 28.0 mln. AZN olub.

1993-cü ildən fəaliyyət göstərən AtaBank hazırda Bakı və ölkənin digər rayonlarında fəaliyyət göstərən 24 filialla ölkə əhalisinin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.atabank.com  saytına və ya www.facebook.com/atabank  səhifəsinə daxil olmaq olar.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.