Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank-dan "Nağdsız ödə, nağd qazan" kampaniyası

Martın 1-də AtaBank "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasının 2-ci mərhələsinə start verilib.

Lotereya 31 dekabr 2013-cü il tarixinədək davam edəcək. Lotereyada AtaBank tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər.

Ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində ümumilikdə ən azı 20 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər.

Kampaniyada iştirak etmək üçün ödəniş kart istifadəçisi təqvim ayı ərzində AtaBank-ın POS-terminallar şəbəkəsində,  nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir. Təqdim edilən hər 20 manat məbləğində çek bir ani stimullaşdırıcı lotereya kuponu əldə etmək hüququ verir.

Kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar vardır.

kampaniyanın keçirilməsində məqsəd bank ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.

Hazırda, AtaBank-ın pos terminallarının  sayı 10 000-ə yaxındır.

Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (www.facebook.com/ AtaBank, twitter.com/AtaBank_ASC) və kütləvi informasiya vasitələrində  işiqlandırılacaq.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.