Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank-ın VİSA plastik kartı sahiblərini hədiyyələr gözləyir

AtaBank ASC  və VISA International şirkəti «VISA kartı ilə ödəyin və təminatlı mükafat alın» adlı birgə promo kampaniyaya start verib.

Kampaniya  müddəti 3 ay davam edəcək:

«Neptun» super-marketində 15 fevral 2013-cü il – 15 may 2013-cü ilədək VISA kartı ilə hər dəfə alış-veriş edən hər kəs xüsusi hədiyyələr qazanacaq. Alış-verişin məbləği çox olduqca hədiyyənin dəyəri də artır.

Bütün VISA kartları aksiyada istifadə oluna bilər. AtaBank ASC  keçirdiyi birgə aksiya VISA kartlarının istifadəsi zamanı rahatlığı, sürəti və sadəliyi dəyərləndirməyə imkan verəcək.

VISA kartı ilə alış-veriş edərkən, hədiyyə qazan!

Visa kartla 01-20 AZN ödədikdə, kart sahibləri soyuducu üçün maqnit;
21- 50 AZN ödədikdə, ekoloji çantalar;
51- 100 AZN ödədikdə, brend çətir və ya termo-fincan;
101 AZN və daha artıq dəyərində alış-veriş edənlər isə üzərində Visa logosu olan cüzdan və ya USB əldə edəcəklər.

Hazırda AtaBank-ın ümumilikdə 24 filialı fəaliyyət göstərir ki, onlardan da 12-si Bakı şəhərində yerləşir. Yüksək texnologiyalı, universal bank hesab olunan AtaBank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

AtaBank xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz -  www.facebook.com/ AtaBank

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.