Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank ASC internet səhifəsini yenilədi

“AtaBank”ASC-nin internet səhifəsi- www.atabank.com saytı yenilənmiş formada istifadəyə verilib. Əvvəlki versiyadan fərqli olaraq saytda zəngin məlumatlar yerləşdirilmiş yeni 4 bölmə mövcuddur və saytın məlumat bazasının genişləndirilməsi bankın istifadəçilərinə daha böyük imkanlar yaradır. “Bank haqqında”, “Hüquqi şəxslər”, “Fiziki şəxslər” və “Xidmət şəbəkəsi” bölmələri bankın fəaliyyət istiqamətlərinin bütün sahələrini əhatə edir. Üç dildə fəaliyyət göstərən yeni saytda müştərilər bankın idarəetmə strukturu, səhmdarlar, maliyyə hesabatları, filial şəbəkəsi həmçinin fiziki və hüquqi şəxslərə təqdim edilən xidmətlər haqqında ətraflı məlumat əldə edə biləcəklər.

Bundan əlavə, saytda, kredit və plastik kart əldə etmək üçün online ərizə forması və müxtəlif kommunal xidmətlərin ödənilməsi mümkün olacaq. Yeni saytın dizaynı bankın korporativ imicinə tam uyğundur. Bankın saytının yeni dizaynı  funksional istifadəsi, qabaqcıl texnologiya və sadəliyi əks etdirən  dəyərlərə  əsaslanır.

Saytın “Xəbərlər” bölməsində bankın fəaliyyəinə dair operativ məlumatlar verilir. Bu bölmə son xəbərlərlə daha da zənginləşdirilib. “AtaBank” ASC-də işləmək arzusunda olanlara karyera bölməsində ərizə formasını doldurmaqla CV göndərmək imkanı yaradılır.

Xatırladaq ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gun "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 24 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.