Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaBank” ASC-nin "Nağdsız ödə, nağd qazan" kampaniyası uğurla davam edir

"AtaBank" ASC  15 dekabr 2011-ci il tarixindən  başladığı  "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasını uğurla davam etdirir. 

Kampaniya başladığı vaxtdan  bu günədək bankın POS terminalları vasitəsi ilə aparılan əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfədən çox artmışdır.

Kampaniya dövründə “AtaBank”ASC-nin  plastik kart istifadəçilərinin sayında da artım olmuşdur. Belə ki, kampaniyada iştirak etmiş müştərilərdən 218 nəfəri tərəfindən müxtəlif məbləğdə pul vəsaiti udulmuşdur. Kampanıyada udulmuş ümumi pul məbləği 3310 manat təşkil etmişdir.

Ani stimullaşdırıcı lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər.

Əvvəlki qaydalara uyğun olaraq, lotereyada təqvim ayı ərzində minimum 50 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri 1(bir) ədəd kupon əldə edərək iştirak hüququ əldə edirdilər. Lakin, 10 avqust 2012-ci il tarixdən etibarən 50 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri artıq 2(iki) ədəd kupon əldə edərək iştirak hüququ əldə edirlər. Beləliklə də, lotereyada iştirak edənlərin uduş şansı ikiqat artacaqdır. 

Eyni zamanda, minimal məbləğin təkcə 1 (bir) əməliyyat nəticəsində əldə olunması vacib deyil. Belə ki, bu məbləğ bir neçə alış-veriş çeklərinin cəmi olaraq da toplanıb banka təqdim oluna bilər.  Lotoreya 30 dekabr 2012-ci il tarixinədək davam edəcəkdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.