Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaBank” ASC 2012-ci birinci yarım ilinə yekun vurdu

“AtaBank” ASC-nin 2012-ci ilin ikinci rübünün maliyyə təsərrüfat fəaliyyətinin nəticələri uğurlu olmuşdur. Belə ki, ilin əvvəli ilə müqayisədə aktivlər 1.9% və ya 4.4 mln manat artaraq 235.4 mln. manat olmuşdur.
Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərəçarpacaq dərəcədə dinamika olmuşdur. Ümumi kredit portfeli 12.5% və ya 18.4 mln. manat artaraq 165.1 mln. manat təşkil etmişdir.

Hesabat tarixinə bankın müddətli depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunmuşdur. Belə ki, bu göstərici 1.9% və ya 3.1 mln. manat artaraq, 166.2 mln. manat təşkil etmişdir. Qeyd edək ki, 2011-ci ilin əvvəlinə bu göstərici 163,1 mln. manat təşkil edirdi. Hesabat dövründə fiziki şəxslərin müddətli əmanətlərinin dinamik artım qeydə alınmışdır. Belə ki, bu göstərici 6.3% və ya 6.4 mln. manat artaraq 108.0 mln. manatı keçmişdir.

İyun ayının sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 1.16% və 10.73% təşkil etmişdir.

İyun ayının sonuna bankın balans mənfəəti 2.7 mln. manat təşkil etmişdir. Hesabat dövrünün sonuna bankın nizamnamə kapitalı 25.0 mln. məcmu kapitalı isə 32.6 mln. manat olmuşdur.

Bank tərəfindən quraşdırılmış POS terminalların sayı isə 8959 ədədi keçmişdir və bu proses hazırda da davam etdirilir. Fəaliyyətdə olan bankomatların sayı isə 68 ədəd təşkil edir.

Qeyd edək ki, bank cari ildən “AtaMatik” adı verilmiş layihə həyata keçirərək bank xidmətləri göstərilməyən, bankomat quraşdırılmayan ərazilərdə əhaliyə bu xidmətləri səyyar şəkildə göstərməyə başlamışdır.
Hazırda respublikamızın müxtəlif regionlarında bankın 24 filial və şöbəsi fəaliyyət göstərməkdədir. Bunlardan 12-i regionlarda digərləri isə paytaxtda yerləşirlər.
 
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.