Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaBank” ASC jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinin qaliblərini açıqladı

“AtaBank” ASC əhalinin plastik kartlardan istifadə etməsini artırmaq məqsədilə jurnalistlər arasında elan etdiyi ən yaxşı yazı və ya süjet müsabiqəsinin qaliblərini müəyyənləşdirdi.

“Nağdsız hesablaşmaların geniş tətbiqi - günün tələbidir” mövzusunda elan edilmiş müsabiqəyə təqdim edilən jurnalist işləri arasında I-III və 3 həvəsləndirici yerin qalibləri elan edilib.

Münsiflər heyətinin qərarı ilə Musa Əhmədov (“YURD TV”) I yerə, İlahə Xəlilova (“Trend”) II yerə, Emil Eyyubov (“Consulting&Business”) III yerə layiq görülüb.  Seymur Yunusov (“İqtisadiyyat”), Samir Məstəliyev (“Banker.az”) və Pünhan Əfəndiyev (“Üç Nöqtə”) həvəsləndirici yerlərə layiq  görülüblər. “Palitra” qəzetinin müxbiri İlkin Ağayev “Excelsior Hotel Baku” mehmanxanasının “Aura”  Sağlamlıq Mərkəzinin  sertifikatı ilə mükafatlandırılıb.

Müsabiqənin nəticələrinin elan edilməsi və qaliblərin mükafatlandırılması mərasimi 13 iyul 2012-ci il tarixində “AtaBank”ASC-nin baş ofisində keçirildi. Tədbirdə “AtaBank” ASC-nin İdarə  Heyəti sədrinin birinci müavini Müseyib Əliyev çıxış edərək bildirdi ki, dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizdə dövlət və özəl sektorda nağdsız ödənişlərin tətbiqi üzrə  geniş işlər aparılır.

“AtaBank” ASC öz imkanlarını səfərbər edərək, bu istiqamətdə aparılan işlərə qoşulub. Görüləsi işlər sırasında əhalinin maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir, bu işdə biznes və iqtisadiyyat sahəsində ixtisaslaşmış  jurnalistlərin fəal iştirakı zəruridir. “AtaBank” bu müsabiqəni məhz mətbuatda plastik kartlarla nağdsız hesablaşmalar mövzusunda yazıların sayının artırılması məqsədilə təşkil edib.

“AtaHoldinq” ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi Dilarə Zamanova çıxış edərək dedi ki, “AtaHoldinq” ASC-nin  qazandığı uğurların çoxsaylı səbəblərindən biri də onun fəaliyyətinin kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə çatdırılmasıdır. Şirkət mətbuatla əlaqələrə xüsusi diqqət yetirir və  jurnalistlərlə keçirilən görüşlər artıq ənənəyə çevrilib.

Münsiflər heyəti adından çıxış edən münsiflər heyətinin sədri Müseyib Əliyev qeyd etdi ki, daxil olmuş yazıların əksəriyyəti maraqlı olub. Qalib yazılarda plastik kartların faydaları ilə bərabər, bu sahənin inkişafı üzrə təkliflər də göstərilib.

Mükafatlandırma mərasimdə I yerin qalibinə 800 manat, II yerin qalibinə 400 AZN,  III yerin qalibinə  250 AZN pul mükafatı verildi. Həmçinin həvəsləndirici yerlərin 3 nəfər qalibinin hər birinə 100 AZN pul mükafatı təqdim olundu.

Sonda müsabiqənin nəticələrinin elan edilməsi Milli Mətbuat günü ərəfəsinə təsadüf etdiyindən, “AtaHoldinq” və “AtaBank” ASC-nin rəhbərliyi jurnalistləri peşə bayramları münasibətilə təbrik etdi, onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzuladı.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.