Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaBank” ASC reytinq şirkəti ilə əməkdaşlığı dayandırıb

Bankdan verilən məlumatda bildirilir ki, kredit reytinqi əsasən xarici bazarlardan vəsaitlərin cəlb olunması zamanı investorlar tərəfindən tələb olunur. Bu gün daxili bazardan xarici bazarlarla müqayisədə daha ucuz və kifayət qədər vəsait cəlb etmək mümkün olduğundan reytinqin saxlanılmasına ehtiyac qalmamışdır. Bu səbəbdən də, “FitchRatings” şirkəti ilə Bank arasında mövcud olan və müddəti sona çatan müqavilənin uzadılmamasına qərar verilərək əməkdaşlıq dayandırılmışdır. Eyni zamanda, Bank növbəti illərdə xarici bazarlardan vəsait cəlb etmə ehtiyacı hiss edərsə “FitchRatings” şirkəti və ya digər beynəlxalq reytinq şirkətləri ilə əməkdaşlığı bərpa edəcəyini istisna etmir.  

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.